YAP Göygöl rayon təşkilatında “Azərbaycan son 18 ildə” mövzusunda konfrans keçirilib
23.12.2021 [17:18]
Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatında “Azərbaycan son 18 ildə” mövzusunda konfrans keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edilib.
Daha sonra YAP Göygöl rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Turani Əliyev konfransı açaraq qeyd edib ki, görkəmli dövlət xadimi, yeni əsrin yeni Lideri olan İlham Əliyev dünyada ən nüfuzlu və uğurlu dövlət başçısı kimi, 18 ildir ki, Azərbaycana Respublikasına rəhbərlik edir: “2003-cü il oktyabrın 15-də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev xalqımızın etimadını qazanaraq Azərbaycan Prezidenti seçilib və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlayıb”. T.Əliyevin sözlərinə görə, Prezident İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verib: “Xalqın öz liderinə inam və etimadı görülməmiş dərəcədə artıb. Məhz buna görə də 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində də İlham Əliyev yenidən inamlı qələbə qazanıb. Əsrə bərabər 18 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır”.
Daha sonra T.Əliyev deyib ki, Vətən müharibəsində qazanılmış Qələbə həm də son 30 ildə həyatın bütün sahələrində əldə olunmuş uğurlarla, dinamik inkişafla bilavasitə bağlıdır: “Həmin Qələbə sayəsində regionda yeni reallıqlar yaranıb. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb”.
Sonra çıxış edənlər YAP Göygöl rayon təşkilatının Kərəmli kənd tam orta məktəb ərazi ilk partiya təşkilatının sədri, partiya veteranı Mətləb Hüseynov, YAP Göygöl rayon təşkilatının Göygöl rayon A.Şəmşir adına 7 illik uşaq musiqi məktəbi ərazi ilk partiya təşkilatının sədri Nuranə Quliyeva və YAP Göygöl rayon təşkilatının Gənclər Birliyinin İdarə Heyətinin üzvü Əli Həsənov qeyd ediblər ki, 2003-cü il oktyabrın 1-də prezident seçkilərində öz namizədliyini geri götürdüyünü bildirən Ulu Öndər Heydər Əliyev həm İlham Əliyevin, həm də Yeni Azərbaycan Partiyasının bundan sonra da Azərbaycan dövlətinin inkişafı və xalqımızın rifahı yolunda böyük işlər görəcəyinə inanırdı. Qeyd edilib ki, 18 il əvvəl 15 oktyabrda baş verən tarixi hadisədən ötən müddət ərzində Ümummilli Liderin “Mən ona özüm qədər inanıram” sözlərini əməlləri ilə təsdiq edən Prezident İlham Əliyev Azərbaycanda yeni bir dövrün, eranın başlanğıcının əsasını qoydu.
Çıxışçılar onu da qeyd ediblər ki, Vətən və xalq qarşısında Prezident İlham Əliyevin ən böyük xidmətlərindən biri də qüdrətli və müzəffər Ordunun yaradılmasıdır, eyni zamanda son 18 ildə Azərbaycanın hər bir sahədə əldə etdiyi bütün uğurların, nailiyyətlərin əsasında yalnız və yalnız dövlət başçısının rəhbərliyi ilə tətbiq olunan düzgün idarəçilik modeli dayanır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13

