Suraxanıda gənclərin deputatlarla görüşü keçirilib
20.12.2021 [11:54]
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının təşkilatçılığı ilə Suraxanı Rayon Heydər Əliyev Mərkəzində “Müasir dünya çağırışları fövqündə Azərbaycan gənclərinin məqsədləri, hədəfləri, təklifləri və bu istiqamətdə qarşıya çıxan problemlər, onların həlli yolları” adlı panel diskussiya təşkil edilmişdir.
Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları Afət Həsənova, Sevinc Fətəliyeva, Ramin Məmmədov, Etibar Əliyev, Kamal Cəfərov, Naqif Həmzəyev, YAP Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev, “Qeyd” İctimai Birliyinin sədri Tural Nurməmmədov və baş katibi Aysel Tahirova, “Gənclərin töhfəsi” İctimai Birliyinin baş katibi Taleh Mansurov, vətəndaş cəmiyyətinin, gənclər birliklərinin nümayəndələri və gənclər iştirak etmişlər. Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tədbir iştirakçıları tərəfindən tər güllər qoyulduqdan və Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan olunmuşdur. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Vətən Müharibəsi şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla anılmış və “Müasir Gənclər və Dövlət Gənclər siyasəti” adlı video-çarx nümayiş olunmuşdur.
Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov müzakirə iştirakçılarını salamlayaraq bildirdi ki, gənclərlə birbaşa görüşlərin keçirilməsi və onların özlərini ifadəsi üçün münbit şəraitin yaradılması gələcək nəsillərin daha mütərəqqi yetişməsinə səbəb olacaqdır. Bu gün təşkil etdiyimiz panel müzakirələrin əsas məqsədi dövlətin həyata keçirdiyi gənclər siyasətinə öz töhfəmizi verməkdir. Vüqar Seyidov YAP-ın həyata keçirdiyi gənclər siyasətinə toxunaraq dedi ki, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı 11 sentyabr 1993-cü ildə yaranmışdır. 1995-ci ildə YAP-ın qurucusu Ulu Öndər Heydər Əliyevin birbaşa tövsiyyəsi və tapşırığı ilə YAP Gənclər Birliyi yarandığı tarixdən rayon təşkilatında da gənclərlə iş yüksək səviyyədə təşkil olunmuşdur.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxışında Suraxanı rayonunda gənclər sahəsində görülən işlərə toxunaraq bildirdi ki, müstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin siyasi irsinin öyrənilməsi istiqamətində gənclərlə vaxtaşırı görüşlər keçirilməkdədir. Belə tədbirlərin təşkilində YAP Suraxanı rayon təşkilatı, Bakı Şəhəri üzrə Təhsil idarəsi, Suraxanı Rayon Heydər Əliyev Mərkəzi, Suraxanı Rayon Gənclər və İdman İdarəsi və digər təşkilatlarlar fəal iştirak edirlər.
Milli Məclisin deputatları Afət Həsənova, Sevinc Fətəliyeva, Ramin Məmmədov, Etibar Əliyev, Kamal Cəfərov, Naqif Həmzəyev müəyyən edilmiş mövzular ətrafında çıxışlar etdikdən sonra gənclərlə qarşılıqlı dialoq şəklində müzakirələr aparılmış, gəncləri maraqlandıran suallara cavablar verilmiş və onları narahat edən məsələlərə aydınlıq gətirilmişdir.
Görüşdə iştirak edən gənclər açıq müzakirələrin keçirilməsinin əhəmiyyətinə toxunaraq bildirmişlər ki, vaxtaşırı bu cür görüşlərin təşkil olunması dövlətin gənclər sahəsində həyata keçirdiyi siyasətə xidmət etməkdədir. Gənclər istər partiya və rayon rəhbərliyi ilə, istərsə də Milli Məclisin üzvləri ilə qarşılıqlı dialoq şəklində keçirilən müzakirəni yüksək qiymətləndirərək belə görüşlərin daimi xarakter almasının arzu oldunduğunu ifadə etmişlər.
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

