Ağalar Vəliyev Goranboyda şəhid ailələrini ziyarət edib
19.10.2021 [12:35]
97 saylı Seçki Dairəsindən Milli Məclisin deputatı Ağalar Vəliyev Goranboy rayonunun Qızılhacılı qəsəbəsində və Zeyvə kəndində Vətən Müharibəsinin hərbçi şəhidləri Elşən Kərimovun, Elxan Rəsulovun, Fuad Məhərrəmovun, Suqovuşan-Ağdərə-Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşən və Goranlı kəndində dəfn olunan İxtiyar İlqaroğlunun ailə üzvləri ilə görüşüb, onların ildönümü və üç mərasimlərində iştirak edib.
Xüsusi karantin rejiminin tələbləri nəzərə alınmaqla təşkil olunan mərasimlərə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri qatılıb.
Görüşlərdən öncə şəhidlərin məzarları ziyarət olunub, onların xatirəsi ehtiramla yad edilib və qəbrüstü abidələrinin önünə tər güllər qoyulub. Millət vəkili rayon rəhbərliyilə birgə həmçinin Zeyvə kəndində Şəhidlər Xatirə-Bulaq kompleksinin açılışında olub.
Səmimi şəraitdə keçən görüşlərdə möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyilə Azərbaycanın şanlı qələbəsilə başa çatan Vətən Müharibəsinin ildönümünün qalib xalqımız tərəfindən qürur və fəxarət hissilə qeyd olunduğu, Dövlət Başçımızın və Birinci vitse-prezidentimiz Mehriban Əliyevanın hər zaman şəhid ailələrinə və müharibə əlillərinə xüsusi qayğı ilə yanaşdığı vurğulanıb.
Bildirilib ki, bilavasitə cəbhə bölgəsində yerləşən Goranboy rayonunun həmişə dövlətçiliyimizə sədaqəti ilə seçilən sakinləri müharibə dövründə fədakarlıq göstərərək qələbəmizin əldə olunmasına öz layiqli töhfələrini verib.
Belə ki, hərbi əməliyyatlar zamanı hərbi qulluqçular Elşən Kərimov, Elxan Rəsulov, Fuad Məhərrəmov və İxtiyar İlqaroğlu döyüş bölgəsində qəhramanlıq göstərərək şəhidlik zirvəsinə ucalıblar. Şəhidlərimizin xidmətləri dövlətimiz tərəfində yüksək dəyərləndirilib və onlar “Vətən uğrunda” medalı ilə təltif ediliblər.
Həyatı və döyüş yolu hörmətlə xatırlanan şəhidlərin ailə üzvləri onlara göstərilən hərtərəfli dövlət qayğısına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxSosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34

