YAP Qusar rayon təşkilatının X hesabat konfransı keçirilib
09.09.2021 [09:02]
Sentyabrın 8-də Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib.
Əvvəlcə müstəqil Azərbaycan dövlətinin memarı, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilovun hesabat məruzəsi dinlənilib. Bildirib ki, Yeni Azərbaycan Partiyası etimadın və siyası həmrəyliyin ünvanıdır. YAP Azərbaycanın alternativsiz siyasi gücünə, Cənubi Qafqazın ən böyük siyasi təşkilatına çevrilib. Partiyamız yarandığı gündən müstəqilliyimizin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatının inkişaf etdirilməsi, demokratik təsisatların bərqərar olunması istiqamətində səylər göstərib və buna nail olub.
D.İbramxəlilov qeyd edib ki, hazırda YAP Qusar rayon təşkilatı 100 ərazi ilk partiya təşkilatında 6409 üzvü birləşdirir. Hesabat dövründə partiya sıralarına 584 nəfər yeni üzv qəbul olunub. Partiya üzvlərinin 3102 nəfəri gənc, 2879 nəfəri isə qadındır.
Sonra YAP Qusar rayon təşkilatının Nəzarət Təftiş Qrupunun sədri İkram Tumarxanov hesabat məruzəsi ilə çıxış edib.
Müzakirələr zamanı çıxış edən YAP Qusar rayon təşkilatı İdarə Heyətinin üzvü, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov, rayon təşkilatı İdarə Heyətinin üzvü, Qusar rayon Heydər Əliyev Mərkəzinin direktoru Neva Abduraxmanova, rayon təşkilatının sədr müavini, rayon Gigiyena və Epidemiologiya mərkəzinin direktoru Nadirşah Şirinov, təşkilatın Gənclər Birliyinin sədr müavini Ayaz Abdullayev hesabat dövründə görülən işlərdən bəhs ediblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, ölkəmiz yeni hədəflərə doğru inamla irəliləyir: “Prezident İlham Əliyevin 2018-ci ildə keçirilən andiçmə mərasimindəki nitqində qarşıya qoyduğu vəzifələr, müəyyənləşdirdiyi inkişaf prioritetləri uğurla həyata keçirilir. Bu baxımdan son 3 il islahatlar konsepsiyasının reallaşması, cəmiyyət həyatına gətirdiyi yeniliklər baxımından olduqca əlamətdardır. Bu illərin ən mühüm hadisəsi, uğuru torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpası oldu. 2018-ci il andiçmə mərasimində Aprel döyüşlərinə diqqət yönəldən dövlət başçısı bildirmişdir ki, hərbi qələbəmiz Azərbaycan xalqının gücünün, yenilməz ruhunun, işğalla heç vaxt barışmayacağının, torpaqlarımızı azad edəcəyimizin təsdiqidir. Məhz ölkə Prezidentinin həyata keçirdiyi siyasət, bütün istiqamətlərdə görülən kompleks tədbirlər 44 günlük Vətən müharibəsində tarixi Qələbəmizlə nəticələndi. Qarşıdakı illərdə xalqımızı cənab İlham Əliyevin rəhbərliyi ilə yeni zəfərlər və uğurlar gözləyir”.
Zəfərimizin yaratdığı reallıqların Yeni Azərbaycan Partiyasının qarşısına qoyduğu vəzifələrdən bəhs edən Ə.Tağıyev YAP Qusar rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.
Konfransda YAP Qusar rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54

