YAP Tərtər rayon təşkilatının X hesabat konfransı keçirilib
03.09.2021 [09:10]
Sentyabrın 2-də Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin yürütdüyü müdrik və milli maraqlara söykənən siyasət müstəqil Azərbaycanımızın daha da çiçəklənməsinə, regionların yeniləşməsinə, əhalinin rifah halının yüksəlməsinə yol açıb. Həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu Azərbaycanı dünyanın ən qüdrətli dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları tərəfindən yaxın tərəfdaş qismində qəbul olunmasını şərtləndirib.
R.Şabanov bildirib ki, YAP Tərtər rayon təşkilatının 83 ərazi ilk partiya təşkilatında 6739 partiya üzvü var. Onların 3669 nəfəri qadınlar, 1366 nəfəri gənclərdir. Hesabat dövründə 879 üzv partiya rayon təşkilatının sıralarına qoşulub ki, onların da 504 nəfərini qadınlar, 467 nəfərini isə gənclər təşkil edir.
Sonra Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Anar Rüstəmovun hesabat məruzəsi dinlənilib.
Müzakirələr zamanı YAP Tərtər rayon təşkilatının Şura üzvü, Tərtər Rayon İcra Hakimyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, rayon təşkilatının sədr müavini, rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov, rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Svetlana Əzizova, rayon təşkilatının Şura üzvü, Yuxarı Qapanlı kənd tam orta məktəbin direktoru Fitat Əliyeva rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətinə münasibət bildiriblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, YAP yarandığı gündən dövlətə, xalqa xidmət missiyasını həyata keçirir, Azərbaycanın davamlı inkişafına özünəməxsus töhfələr verir. Ölkə Prezidenti, partiyamızın Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin son 18 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası nəticəsində 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu möcüzələri reallığa çevirərək 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi. Ölkəmiz tarixi qələbə qazandı, ərazi bütövlüyümüz təmin olundu. Bu möhtəşəm qələbə Azərbaycanın şanlı hərb tarixinə qızıl hərflərlə yazıldı.
Yeni Azərbaycan Partiyasının VII Qurultayında qəbul olunan qərarlardan, qarşıya qoyulan vəzifələrdən geniş bəhs edən Ə.Tağıyev YAP Tərtər rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.
Konfransda YAP Tərtər rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07

