YAP Göyçay rayon təşkilatının IX hesabat konfransı keçirilib
24.08.2021 [09:53]
Avqustun 23-də Yeni Azərbaycan Partiyası (YAP) Göyçay rayon təşkilatının videoformatda IX hesabat konfransı keçirilib.
Əvvəlcə müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi fəaliyyət göstərdiyi 29 ildə bütün qüvvə və bacarığını xalqa xidmətə yönəldərək əhəmiyyətli uğurlara imza atıb. Partiyanın yaradıcısı Ümummilli Lider Heydər Əliyevin müstəqil, demokratik Azərbaycan, hüquqi dövlət quruculuğu yolunda gərgin fəaliyyəti ölkəmizin bu gününü və gələcək taleyini müəyyən edib.
S.Şükürov deyib ki, YAP Göyçay rayon təşkilatının 88 ərazi ilk partiya təşkilatında 7827 üzv birləşib. Rayon təşkilatı üzvlərinin 4576 nəfəri qadınlar, 1144 nəfəri isə gənclərdir. VIII konfransdan keçən dövr ərzində rayon təşkilatı sıralarına 516 nəfər daxil olub ki, onlardan 274 nəfərini qadınlar, 318 nəfəri isə gənclər təşkil edir.
Sonra YAP Göyçay rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Sərxan Vəliyevin hesabat məruzəsi dinlənilib.
Müzakirələr zamanı çıxış edən Milli Məclisin deputatı Məzahir Əfəndiyev, YAP Göyçay rayon təşkilatı Gənclər Birliyinin sədri Tural Əhmədov, rayon təşkilatının sədr müavini, Göyçay rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsin Baş həkimi Ləman Hacıyeva, Göyçay şəhər 4 saylı tam orta məktəb ərazi ilk partiya təşkilatının sədr müavini Firəngiz Məmmədyarova, Ləkçıplaq Kənd İnzibati Ərazi Nümayəndəliyi yanında ərazi ilk partiya təşkilatının sədri Aydın Əliyev hesabat dövründə görülən işlərdən bəhs ediblər.
Konfransda YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyasının xalq, dövlət qarşısındakı böyük xidmətləri bu nəhəng təşkilatın cəmiyyətdəki mövqelərini get-gedə daha da möhkəmləndirir, insanların bu partiyanın ideoloji-siyasi xəttinə dəstəyini gücləndirir.
Ə.Tağıyev vurğulayıb ki, bu gün Azərbaycan tarixinin ən güclü, ən qüdrətli dövrünü yaşayır. 44 günlük Vətən müharibəsindən alnıaçıq çıxan Azərbaycan dövləti böyük Zəfər günlərini qeyd edir. Azərbaycan bölgədə və dünyada yeni reallıqlar yaradıb. Vətən müharibəsindən qalib çıxan Azərbaycan 30 illik işğala son qoyaraq ərazi bütövlüyünü bərpa edib. Bu uğurlarda YAP üzvlərinin də böyük payı var. YAP aparıcı siyasi qüvvə kimi yarandığı ilk gündən bütün qüvvə və bacarığını dövlətə, xalqa xidmətə yönəldərək Azərbaycanın qazandığı davamlı uğurlara öz layiqli tövhəsini verib. Ümummilli Lider Heydər Əliyevin gələcəyə hesablanmış siyasətinin Prezident İlham Əliyev tərəfindən son 18 ildə uğurla davam etdirilməsi nəticəsində istər ölkəmizin, istərsə də Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələ başlayıb.
Yeni Azərbaycan Partiyasının VII Qurultayında qəbul olunan qərarlardan, qarşıya qoyulan vəzifələrdən geniş bəhs edən Ə.Tağıyev YAP Göyçay rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.
Konfransda YAP Göyçay rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxSosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25

