"Seçki" keçirmək cəhdi qondarma Dağlıq Qarabağ rejiminin iflasına gətirib çıxarır
26.05.2010 [10:53]
“Separatçı Dağlıq Qarabağ rejiminin özlərini tanıtmağa cəhd göstərmək məqsədilə keçirdikləri qondarma “seçki”, əslində, onların iflasına gətirib çıxarır. çünki dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatlar, o cümlədən, ATƏT-in Minsk qrupunun həmsədrləri qondarma Dağlıq Qarabağ rejimini tanımadıqlarını bəyan etməklə yanaşı, eyni zamanda keçirilən “seçkilərin” heç bir hüquqi əsasının olmadığını növbəti dəfə bəyan etdilər”. Bu sözləri YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov Milli Məclisin dünən keçirilən iclasında çıxış edərkən deyib. Əli Əhmədov bildirib ki, bu “seçkini” keçirmək cəhdi bir daha ermənilərin qondarma rejiminin əleyhinə çevrilmiş oldu və dünyada onların heç kim tərəfindən tanınmadığının təsdiq olunması faktı ortaya qoyuldu. Sözügedən faktı təqdirəlayiq hal kimi dəyərləndirən Əli Əhmədov bununla belə hesab edir ki, münaqişənin bu günə qədər həll olunmaması, Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməməsi, bu cür qondarma “seçkilərin” keçirilməsinə imkanlar yaradır. Nə qədər ki, münaqişə həll olunmayıb, torpaqlarımız işğaldan azad edilməyib, belə hallara gələcəkdə də rast gəlinəcək.
“Ona görə də, hesab edirəm ki, Azərbaycan ictimaiyyəti ölkə Prezidentinin rəhbərliyi altında bu istiqamətdə öz səylərini daha da artırmalıdır ki, münaqişənin nizamlanması üçün yaradılmış beynəlxalq qurumlar daha səmərəli şəkildə fəaliyyət göstərsinlər. Bunu ona görə deyirəm ki, “seçki” ərəfəsində Azərbaycan ictimaiyyətinin və müvafiq qurumların beynəlxalq təşkilatlara müraciətləri bir daha həmin qurumun və onun keçirdiyi “seçkinin” tanınmaması haqqında bəyanatların verilməsi üçün əsas yaratdı. Digər tərəfdən, beynəlxalq hüquq reallıqda qəbul olunmalı və fəaliyyət göstərməlidir. Əgər beynəlxalq hüquq və onun müəyyənləşdirdiyi normalar həyata keçirilməyəcəksə, erməni separatçıları və onların havadarları bu normalara məhəl qoymayacaqsa, onda beynəlxalq hüquq normaları hüquqi normadan adi əxlaq normasına, tövsiyələr kodeksinə çevrilir. Ona görə də, Azərbaycan parlamenti, deputatlar beynəlxalq hüquq normalarının yerinə yetirilməsinə beynəlxalq qurumları dəvət etmək üçün səylərini artırmalıdır”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

