Yeni Azərbaycan Partiyası beynəlxalq əlaqələrin inkişafına böyük önəm verir
20.05.2010 [10:05]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov ölkəmizdə səfərdə olan Qazaxıstanın hakim “Nur Otan” Xalq Demokratik Partiyasının Manqistau vilayəti filialı sədrinin birinci müavini Jaumbay Karaevlə görüşüb. Qonağı salamlayan Əli Əhmədov Azərbaycan-Qazaxıstan münasibətlərinin bugünkü səviyyəsindən, əlaqələrin müxtəlif istiqamətlər üzrə inkişafından, YAP-ın ölkəmizin ictimai-siyasi həyatında fəal rolundan geniş bəhs edib. Əli Əhmədov bildirib ki, Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının tərkibi gündən-günə kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmlənir. YAP beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə xüsusi önəm verir. Bunu YAP ilə Qazaxıstanın hakim “Nur Otan” Xalq Demokratik Partiyasının münasibətlərinin timsalında da qeyd etmək olar.
ötən ilin sentyabr ayında Astana şəhərində Qazaxıstanın “Nur Otan” Partiyası ilə YAP arasında qarşılıqlı əməkdaşlığa dair Memorandumun imzalandığını xatırladan Əli Əhmədov qeyd edib ki, bu sənəd iki ölkənin hakim partiyasının əlaqələrinin gələcək inkişafına da stimul verir. Onun fikrincə, hakim partiyalar arasında əlaqələrin yüksək səviyyədə qurulması dövlətlərin münasibətlərinin inkişafına da öz töhfəsini verir. YAP Sədrinin müavini Azərbaycanın iqtisadi inkişaf baxımından mühüm uğurlara imza atdığını vurğulayaraq bildirib ki, ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayı artmaqdadır. Əli Əhmədovun sözlərinə görə, Azərbaycanla Qazaxıstan arasında da iqtisadi, siyasi, humanitar və mədəni sahələrdə geniş əməkdaşlıq mövcuddur.
Qazaxıstanın “Nur Otan” Xalq Demokratik Partiyasının Manqistau vilayət filialı sədrinin birinci müavini Jaumbay Karaev Bakıda olmağından böyük məmnunluq hissi keçirdiyini bildirib. O, qeyd edib ki, hər iki ölkənin hakim partiyaları arasında əlaqələrin yüksək səviyyədə inkişafı üçün tərəflər ciddi səylər göstərir. “Hakim partiya olaraq ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməklə yanaşı, partiyanın xətti ilə müxtəlif ölkələrdə əlaqələrin inkişafına yönələn tədbirlər həyata keçiririk” -deyən J.Karaev təmsil olunduğu partiyanın məqsəd və məramından, fəaliyyət prinsiplərindən ətraflı bəhs edib. Qarşılıqlı səfərlərin əhəmiyyətini önə çəkən qonaq bu əməkdaşlığın gələcəyinə böyük inamını ifadə edib.
Görüşdə YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı iştirak edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06

