/ / Şəmsəddin Xanbabayev: Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu əldə etdiyi tarixi qələbə ilə şanlı tariximizin ən şərəfli səhifəsini yazdı
Şəmsəddin Xanbabayev: Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu əldə etdiyi tarixi qələbə ilə şanlı tariximizin ən şərəfli səhifəsini yazdı
10.04.2021 [09:21]
“Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi müdrik və uzaqgörən xarici siyasətin əsas istiqamətlərindən biri də türkdilli dövlətlər arasında birlik və həmrəyliyin gücləndirilməsidir. Həqiqətən də, Azərbaycanın Tükdilli Dövlətlərin Əməkdaşlıq Şurasına rəhbərlik etdiyi dövrdə bu istiqamətdə böyük nailiyyətlərə imza atılıb. Xüsusən də cənab Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəmiz bir vaxtlar Zəngəzur mahalının Azərbaycandan alınaraq Ermənistana verilməsi ilə coğrafi baxımdan parçalanmış Türk dünyasının yenidən birləşməsinə və daha da güclənməsinə səbəb oldu”. Bu fikirləri qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatının sədri Şəmsəddin Xanbabayev deyib.
Şəmsəddin Xanbabayev Azərbaycanın 30 il ərzində öz ərazi bütövlüyünü sülh yolu ilə bərpa etmək üçün bütün mövcud imkanlardan istifadə etdiyini, lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində münaqişənin sülh yolu ilə həllinin mümkünsüz olduğunu qeyd edib: “30 ilə yaxın müddət ərzində erməni separatçıları Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan tarixi ərazilərini işğal altında saxladılar. Torpaqlarımızın təxminən 20 faizi Ermənistan tərəfindən zəbt edildi. Bir milyondan çox azərbaycanlı öz dədə-baba yurdlarından didərgin salındı, qaçqın-köçkün həyatı yaşamaq məcburiyyətində qoyuldu. Bütün bu illər ərzində erməni qəsbkarları xalqımıza qarşı olmazın qanlı cinayətlərini törətdilər. O cümlədən 1992-ci ildə törədilən Xocalı soyqırımı nəticəsində 106 qadın, 63 uşaq olmaqla 600-dən çox günahsız, dinc insan vəhşicəsinə qətlə yetirildi. Azərbaycanın işğal altında olan torpaqlarında erməni qəsbkarları bütün bu illər ərzində görünməmiş talançılıqla məşğul olub, ağlasığmaz vandalizm aktları həyata keçiriblər. Həmin torpaqlarda Azərbaycanın bütün şəhərləri və kəndləri dağıdılıb, evlər viran qoyulub, tarixi abidələrimiz dağıdılıb və talan edilib. Prezident İlham Əliyev bütün bunlar barədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının martın 31-də videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə təşkilata üzv dövlətlərin başçılarına bir daha ətraflı məlumat verərək qeyd edib ki, Ağdamı xarici və yerli jurnalistlər Qafqazın Xirosiması adlandırıblar. Füzuli şəhəri işğaldan azad olunandan sonra bu şəhərdə bir salamat bina qalmamışdı ki, o binanın damında Azərbaycan bayrağı qaldırılsın. Ermənilər qəbiristanlıqları, 60-dan çox məscidimizi dağıdıblar. Əlbəttə, beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini daim dəstəkləyiblər. Ancaq möhtərəm Prezidentimizin də qeyd etdiyi kimi, bu dəstəyin praktiki həyatda o qədər də böyük əhəmiyyəti olmayıb. Çünki ermənilərin dünyada olan havadarları Azərbaycanı işğal aktı ilə barışmağa, müvəqqəti itirilmiş ərazilərdən birdəfəlik imtina etdirməyə çalışırdılar. Buna görə də məsələ öz həllini tapmırdı. BMT Təhlükəsizlik Şurası - dünyanın ali beynəlxalq qurumu münaqişənin həlli ilə bağlı 4 qətnamə qəbul edib. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Bu qətnamələr 1993-cü ildə qəbul edilmişdi və icrasız qalmışdı. Məsələnin həlli ilə bağlı 1992-ci ildə ATƏT-in Minsk qrupu yaradıldı. Bu qurum 28 il ərzində fəaliyyət göstərsə də, heç bir nəticə hasil olmadı. Lakin Prezident İlham Əliyev tərəfindən bütün bu illər ərzində Azərbaycanın inkişafı, güclü iqtisadiyyata, qüdrətli orduya sahib olması istiqamətində gərgin və məqsədyönlü iş aparıldı. Nəticədə, ötən ilin sentyabr ayının 27-dən başlayaraq 44 gün davam edən Vətən müharibəsinin sonucu olaraq Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu əldə etdiyi tarixi qələbəsi ilə şanlı tariximizin ən şərəfli səhifəsini yazdı. Otuz il müddətində işğal altında olan torpaqlarımız azad edildi. Müzəffər Ordumuzun qarşısında duruş gətirə bilməyən Ermənistan təslim oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış üçtərəfli Bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Əslində, Ermənistan üçün bir kapitulyasiya aktı mahiyyəti daşıyan bu Bəyanat böyük tarixi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və əlbəttə ki, Azərbaycan xalqının sarsılmaz birliyi Ermənistanı bu sənədi imzalamağa məcbur etdi”.
Şəmsəddin Xanbabayev bildirib ki, Türk Şurasının Zirvə görüşü ölkəmizin gündən-günə artan beynəlxalq nüfuzunun daha bir göstəricisi oldu. Həmçinin müsahibimiz Azərbaycanın bu təşkilata sədrlik etdiyi dövrdə əldə olunan nailiyyətlərin böyük əhəmiyyətini vurğulayıb: “Türk Şurasına üzv ölkələrin dövlət başçıları Zirvə görüşündə Prezident İlham Əliyevə Vətən müharibəsində əldə olunmuş tarixi qələbə münasibətilə bir daha öz səmimi təbriklərini çatdırmaqla ölkələrinin Azərbaycanla həmrəy olduqlarını yenidən təsdiq etdilər. Məlumdur ki, Türk Şurası türkdilli ölkələr arasında daha sıx dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi və Türk dünyası ilə digər ölkələr arasında sabit əlaqələrin qurulması baxımından son dərəcə böyük əhəmiyyət kəsb edən bir təşkilatdır. Son illər isə qurumun beynəlxalq nüfuzu daha yüksək dinamika ilə artmaqdadır. Bizim üçün xüsusilə qürurverici haldır ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi qələbə bu təşkilatın həm gücünü, həm də nüfuzunu daha çox artırmış oldu. Bu önəmli fakt Türk Şurasının Zirvə görüşündə dövlət başçılarının çıxışlarında da öz əksini tapdı. Qeyd olundu ki, Türk dünyası Azərbaycan ərazilərinin işğaldan azad olunması, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsilə daha da güclənib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də həmin Zirvə görüşündə etdiyi çıxışında bu məqamı xüsusi olaraq vurğulayaraq demişdir: “Vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək Türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, Türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi Türk dünyasının birləşməsi rolunu oynayacaq”. Beləliklə də Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün Türk dünyasını birləşdirəcək. Yaranmaqda olan yeni nəqliyyat dəhlizi ilə Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə, Orta Asiya Avropa ilə birləşəcək. Heç şübhəsiz, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi möhtəşəm Qələbə bütün Türk dünyası üçün tarixi önəm kəsb edən bir Zəfərdir”.
Fikirlərini davam etdirən Şəmsəddin Xanbabayev postmüharibə dövründə Azərbaycanın Cənubi Qafqazda yaratmış olduğu yeni reallıqların fonunda daha geniş inkişaf perspektivlərinə sahib olduğunu da söyləyib. Müsahibimiz onu da deyib ki, işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialını düzgün reallaşdırmaq baxımından Prezident İlham Əliyevin YAP-ın VII qurultayında təqdim etdiyi konsepsiyalar son dərəcə mühüm əhəmiyyət kəsb edir: “Azərbaycanın iqtisadi qüdrəti durmadan artır. Cənubi Qafqazda ölkəmizin iştirakı olmadan reallaşan hər hansı bir layihə yoxdur. Bu gün isə Vətən müharibəsinin nəticələri olaraq Cənubi Qafqazda yaranmış yeni reallıqlar həm Azərbaycan üçün, həm də digər region ölkələr və qonşu dövlətlər üçün daha geniş inkişaf perspektivləri açır. Dövlət başçımızın dediyi kimi, biz bu reallıqları yaradan ölkəyik. Bundan əvvəlki dövrlərdə də Azərbaycanın təşəbbüsləri ilə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirib, əməkdaşlığın yeni formatlarını şərtləndirib. Azərbaycan dövlətinin uğurlu siyasəti regional enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı və bununla da həm bölgədə, həm də ümumilikdə, Avrasiya məkanında yeni əməkdaşlıq formatları yarandı. Bu gün bir çox transmilli layihələr ətrafında birləşən və bu layihələri Azərbaycanla bərabər icra edən ölkələrin sayı durmadan artmaqdadır. Artıq hər kəs görür ki, regionda uzunmüddətli sülhün təmin edilməsi üçün çox önəmli şərtlər yaradılıb. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrində fəal iştirak edir və ölkəmiz Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Təbii ki, özünün ərazi bütövlüyünü təmin etdikdən sonra Azərbaycanın həm iqtisadi, həm də siyasi imkanları daha da genişlənib. Əlbəttə ki, bu imkanlardan maksimal şəkildə yararlanaraq Azərbaycan daha qüdrətli bir dövlətə çevriləcək. Lakin bütün bunlara nail olmaq üçün, ilk növbədə, yaranmış imkanları düzgün reallaşdırmaq lazımdır. Məhz bu baxımdan ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən YAP-ın VII qurultayında təqdim olunan konsepsiyalar son dərəcə mühüm əhəmiyyət kəsb edir. Əslində, möhtərəm dövlət başçımız qurultayda etdiyi çıxışında ölkəmizin postmüharibə dövrü üçün inkişaf proqramının əsas müddəalarını müəyyən etmiş oldu. İlk növbədə, qeyd olundu ki, ölkədə son illər ərzində əldə olunmuş siyasi dialoq mühiti yeni dövrdə daha da dərinləşdirilməlidir. Çünki ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var. İqtisadi sahəyə gəldikdə, burada şəffaflığın və dürüstlüyün təmin olunması, inhisarlara son qoyulması yeni dövrün əsas tələb və şərtləri kimi önə çıxarıldı. Prezident İlham Əliyev ölkə iqtisadiyyatının bundan sonrakı inkişafının məhz bu əsaslar üzərində təmin olunmasının zəruriliyini vurğuladı”.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

