/ / Ramidə İbrahimova: COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə tətbiq olunan qaydalara ciddi əməl olunması respirator xəstəliklərə yoluxma riskini xeyli azaldacaq
Ramidə İbrahimova: COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə tətbiq olunan qaydalara ciddi əməl olunması respirator xəstəliklərə yoluxma riskini xeyli azaldacaq
02.09.2020 [08:57]
“Azərbaycanda koronavirus pandemiyası ilə güclü mübarizə aparılır. Xüsusi karantin rejimi çərçivəsində atılan addımlar öz nəticəsini verir”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatı Qadınlar Şurasının sədri Ramidə İbrahimova deyib.
R.İbrahimova bildirib ki, hazırda Azərbaycanda yoluxma sayı ölkə əhalisinin 0,3 faizini təşkil edir. Onun sözlərinə görə, COVID-19-a yoluxanlar arasında ölüm faizi 1,5-1,6 faiz təşkil edir: “Həmin rəqəmi dünyanın inkişaf etmiş ölkələri ilə müqayisə etsək, İngiltərədə 16, İtaliyada 14, İranda 6 faiz olduğunu görərik. Əldə edilən bu göstəriciyə xəstəliyin gedişi, ağırlaşma halları və müalicəsi ilə əlaqədar dünya təcrübəsinə operativ şəkildə yiyələnib onun tez bir zamanda tətbiq edilməsi sayəsində nail olmaq mümkün olub. Burada xəstələrin müalicəsində lazım olan bütün avadanlıqların mövcudluğunun, dərman və tibbi ləvazimatların vaxtında təminatının da rolu böyükdür. Həmin tədbirlərin görülməsində gecikən ölkələrin ağır epidemioloji vəziyyətlə üzləşdiyini gördük”.
Rayon təşkilatının Qadınlar Şurasının sədri onu da qeyd edib ki, payız-qış mövsümü virus mənşəli respirator xəstəliklərin, eləcə də bakterial mənşəli respirator xəstəliklərin artdığı bir mövsümdür: “Təbii ki, pandemiya dövründə qarşıdan gələn həmin mövsüm daha çox narahatlıq doğurur, çünki respirator xəstəliklərin əlamətləri bir-birinə çox yaxındır. Həmin xəstəliklər nəticəsində qızdırma, öskürək və halsızlıq kimi əlamətlər müşahidə olunur. Burada ən vacib tədbir sosial məsafənin gözlənilməsi və qoruyucu tibbi maskanın taxılmasıdır. COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə tətbiq olunan qaydalara ciddi əməl olunması respirator xəstəliklərə yoluxma riskini xeyli azaldacaq. Həmin qaydalara əməl olunması səhiyyə sisteminin yüklənməsinin də qarşısını alacaq. Ona görə də, vətəndaşlar qaydalara əməl etməlidirlər”.
Xəbər lenti
Hamısına baxHadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22

