/ / Sahib Şükürov: Ölkə iqtisadiyyatında özəl bölmənin xüsusi çəkisinin artırılması dövlət siyasətinin prioritetləri sırasında yer alır
Sahib Şükürov: Ölkə iqtisadiyyatında özəl bölmənin xüsusi çəkisinin artırılması dövlət siyasətinin prioritetləri sırasında yer alır
02.09.2020 [08:56]
“Milli iqtisadiyyatımızda özəl bölmənin xüsusi çəkisinin artırılması Azərbaycanın dövlət siyasətinin prioritetləri sırasında yer alır. Respublikamızda liberal iqtisadiyyatın inkişafı, bu sektorda istehsal və ixrac imkanlarının genişləndirilməsi güclü şəkildə təşviq olunur və bu məqsədlə praktiki müstəvidə lazım olan bütün tədbirlər görülür”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Göyçay rayon təşkilatının sədri Sahib Şükürov deyib.
S.Şükürov bildirib ki, respublikamızda iqtisadiyyatın prioritet sahələrinin üstün inkişafına nail olmaq məqsədilə yeni nəsil islahatlar reallaşdırılır. Bu baxımdan, özəl sektor da istisna təşkil etmir. Onun sözlərinə görə, yeni iqtisadi şəraitdə Azərbaycanın dövlət başçısının imzaladığı Fərman və sərəncamlar əsasında reallaşdırılan yeni nəsil islahatların böyük bir qismi məhz azad sahibkarlığın inkişafının təşviq edilməsinə, ölkədə biznes mühitinin cəlbediciliyinin artırılmasına hesablanıb. Respublikamızda biznes mühitinin daha da optimallaşdırılmasına hesablanan islahatların əhatə dairəsi kifayət qədər genişdir. Ölkəmizdə Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixində imzaladığı müvafiq Fərmana əsasən “Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı üzrə Strateji Yol Xəritəsi” qəbul edilib. Sənəddə qarşıya qoyulan məqsədlərə çatmaq üçün 5 strateji hədəf və 21 strateji prioritet üzrə tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. İndiyədək Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icrası yüksək səviyyədə təmin edilib.
Sahibkarların imkanlarının genişləndirilməsi baxımından respublikada investisiyaların və ixracın səmərəli təşviq mexanizminin işə salınmasının, sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması müddətinin 2021-ci ilədək uzadılmasının, lisenziya tələb olunan fəaliyyət növlərinin sayının azaldılması, lisenziyaların müddətsiz müəyyən edilməsinin və digər belə tədbirlərin aktuallığı böyükdür.
“Respublikamızda biznes mühitinin optimallaşdırılmasına hesablanan islahatların böyük bir qismi biznesə başlama prosedurlarının sadələşdirilməsi məqsədi daşıyır. Ölkəmizdə “Doing Business”in biznesə başlama indikatoru üzrə hüquqi şəxslərin cəmi bir prosedurla onlayn dövlət qeydiyyatına alınması üçün əlverişli şərait yaradılıb. Hüquqi şəxsin qeydiyyatı prosedurlarının sayı 3-dən 1-ə, müddəti 3,5 gündən 0,5 günə endirilib, ilkin qeydiyyatla bağlı 90 manat təşkil edən xərclər ləğv edilərək, prosedurun tam ödənişsiz olması müəyyənləşdirilib”, - deyə təşkilat sədri vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 22:59
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10

