Pərvin Kərimzadə: Mühüm inkişaf yolu keçən neft sənayemiz gələcək üçün böyük potensial vəd edir
15.08.2020 [00:46]
“Vaxtilə neftin sənaye üsulu ilə hasil edildiyi ilk məkan, mexaniki qazma üsulunun yarandığı yer, ilk dəniz platformasının vətəni kimi tanınan Azərbaycan bu gün birinci neft boru kəmərinin inşa edildiyi, neft və qazı ixrac edən etibarlı tərəfdaş ölkə kimi dünyanın diqqətini cəlb edir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən neft strategiyası ötən müddətdə davamlı və sabit inkişafa təminat yaradıb. Azərbaycanın həyati əhəmiyyət daşıyan bütün istiqamətlər üzrə hazırda inamla irəliləməsi, beynəlxalq nüfuzunun getdikcə möhkəmlənməsi də məhz həmin strateji kursun məntiqi nəticəsidir”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, millət vəkili Pərvin Kərimzadə deyib.
P.Kərimzadə bildirib ki, böyük inkişaf yolu keçən neft sənayemiz, son illərdə kəşf olunmuş yeni karbohidrogen yataqları Azərbaycana gəlir gətirir, eyni zamanda, gələcək üçün böyük potensial vəd edir. Bu günlərdə neft strategiyamızın yeni inkişaf mərhələsinin, doğma Qarabağımızın adını daşıyan “Qarabağ” yatağında quraşdırılacaq stasionar dəniz özülünün dayaq blokunun inşasının uğurla başa çatdığının şahidi olduq. Avqustun 10-da Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda SOCAR-ın BOS Şelf şirkəti tərəfindən tikilmiş neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulan “Qarabağ” dayaq blokunun Prezident İlham Əliyevin iştirakı ilə dənizə yola salınması ölkəmizn həyatında əlamətdar hadisə kimi tarixə yazıldı.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanın zəngin karbohidrogen yataqlarından olan “Azəri-Çıraq-Günəşli” yatağından sonra “Qarabağ” neft yatağı daha böyük həcmdə təbii ehtiyatlara, daha böyük potensiala malikdir. 1997-1998-ci illərdə “Qarabağ” yatağında Xəzər Beynəlxalq Neft Şirkəti konsorsiumu tərəfindən qazma işləri aparılıb, 3 quyu qazılıb. Lakin xarici tərəfdaşlar yatağın səmərəliliyinə inanmayıb və nəticədə kontrakta xitam verilib. Beləliklə, həmin tərəfdaşlar “Qarabağ”ı tərk ediblər. Azərbaycan mütəxəssisləri isə yatağın böyük potensialı olduğu ilə bağlı israrlı olub və bunu sübut ediblər. Beləliklə, SOCAR və Norveçin “Equinor” (keçmiş “Statoyl”) şirkətinin birgə qazma əməliyyatı vasitəsilə “Qarabağ” məhz 60 milyon ton neft ehtiyatına malik neft yatağı kimi kəşf edildi. “Qarabağ” layihəsi üzrə hazırlanmış dayaq bloku Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) 100 faiz Azərbaycana - SOCAR-a məxsus “BOS Şelf” şirkəti tərəfindən iki il ərzində inşa edilməsi isə Azərbaycanın artıq investisiya yatıran və ya sərmayə yatırılan ölkə deyil, həm də böyük investisiya layihələrinin mühüm komponentlərini həll etməyi bacaran şirkətlərin yaradıldığı ölkə olduğunu təsdiq etdi. Texnoloji baxımdan nəhəng və mürəkkəb konstruksiya olan Qarabağ dayaq blokunun istifadəyə verilməsi göstərdi ki, artıq Azərbaycan şirkətləri beynəlxalq səviyyədə iş aparmaq gücünə malikdirlər.
P.Kərimzadə qeyd edib ki, ölkə Prezidenti dayaq bloku ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına verdiyi müsahibədə görülmüş işləri yüksək dəyərləndirib: “Onu da qeyd etmək yerinə düşər ki, sözügedən dayaq blokunun inşa edildiyi BDÖZ vaxtilə məhz Ulu Öndər Heydər Əliyevin səyi və nüfuzu sayəsində tikilib. Mütəxəssislərin fikrincə, əgər bu müəssisə olmasaydı, hazırda ölkəmizdə reallaşdırılan neft-qaz layihələrinin həyata keçirilməsində çətinliklər yarana bilərdi. “Qarabağ” yatağının istismara verilməsi istiqamətində görülən işlərin başlanğıcının belə uğurlu olması Azərbaycanın neft-qaz strategiyasının müvəffəqiyyətlə irəli getdiyinin əyani təsdiqidir”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30

