/ / Aliyə Ağrılı: Modul tipli xəstəxanaların istifadəyə verilməsi koronavirusla mübarizədə mühüm amillərdən biridir
Aliyə Ağrılı: Modul tipli xəstəxanaların istifadəyə verilməsi koronavirusla mübarizədə mühüm amillərdən biridir
10.07.2020 [09:42]
“Ölkəmizin pandemiyaya qarşı mübarizə gündəliyində səhiyyə tədbirləri xüsusi yer tutur. Respublikamızda pandemiya şəraitində səhiyyə infrastrukturunun daha da möhkəmləndirilməsi istiqamətində zəruri addımlar atılır ki, burada da əsas məqsəd COVİD-19-a yoluxan bütün xəstələrə məhz xəstəxana şəraitində tibbi xidmət göstərilməsini təmin etməkdən ibarətdir”. Bu fikirləri YAP Gənclər Birliyinin Şura üzvü Aliyə Ağrılı deyib.
Aliyə Ağrılı bildirib ki, iyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışı da bu baxımdan böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, sosial dövlət olan Azərbaycanda pandemiya şəraitində insanların sağlamlığının qorunması üçün ölkənin səhiyyə sistemi təhlükəli xəstəliklə mübarizəyə səfərbər edilib. Belə ki, respublikanın ən yaxşı xəstəxanaları COVİD-19-a yoluxan xəstələrin müayinə və müalicəsinə cəlb ounub. “Hazırda respublikamızda yeni növ koronavirus infeksiyasına yoluxmuş pasientlərin müalicəsi əsasən xəstəxana şəraitində təmin edilir. Ölkədə ehtiyac yaranacağı təqdirdə 5 mindən çox xəstənin yerləşdirilməsi üçün potensial mövcuddur. Bütövlükdə, respublikamızda pandemiyaya qarşı mübarizə çərçivəsində reallaşdırılan səhiyyə tədbirlərinin miqyası kifayət qədər genişdir. O da məlumdur ki, pandemiyaya qarşı mübarizənin səmərəliliyinin artırılmasında düzgün diaqnostika vacib amildir. Qısa müddətdə paytaxt Bakıda və regionlarda 30-a yaxın müasir laboratoriya təşkil olunub. Bu laboratoriyaların sayı 44-ə çatdırılacaq. Əlbəttə, respublikamızda zamanında Prezident İlham Əliyevin ciddi səyləri sayəsində milli səhiyə sistemimiz yüksək inkişaf səviyyəsinə çatdırılmasaydı, indiki pandemiya dövründə COVİD-19-a yoluxan xəstələrin müayinə və müalicəsinin xəstəxana şəraitində təmin edilməsindən heç söhbət açmaq belə mümkün olmazdı. Respublikamızda son 16 ildə səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülüb. Bəhs olunan dövrdə ölkə ərazisində müasir tibb müəssisələrinin yaradılması ilə bağlı statistika kifayət qədər zəngindir. Belə ki, son 16 ildə respublikamızda təxminən 750 tibb müəssisəsi tikilib və yaxud yenidən qurulub. Diqqətəlayiq haldır ki, yeni yaradılan səhiyyə müəssisələrinin bir çoxu respublikanın bölgələrinin payına düşür. Bu amil koronavirusla mübarizədə mühüm amildir”, - deyə YAP Gənclər Birliyinin Şura üzvü qeyd edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58

