“Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur”
08.05.2020 [10:27]
Yeni Azərbaycan Partiyasının İcra Katibliyində bu mövzuda videokonfrans formatında tədbir keçirilib
Əli Əhmədov: Ulu Öndər Heydər Əliyevin titanik fəaliyyəti nəticəsində müstəqil Azərbaycan dövlətinin əsasları möhkəm təməllər üzərində qurulub
Mayın 7-də Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində “Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur” mövzusunda videokonfrans formatında tədbir keçirilib.
Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov çıxış edərək tədbirin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunduğunu bildirib. Əli Əhmədov Ulu Öndərimizin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən danışıb və qeyd edib ki, Heydər Əliyevin çoxillik və çoxşaxəli fəaliyyətinin başlıca mənasını və qayəsini müstəqil Azərbaycan dövlətinin qurulması təşkil edib. YAP Sədrinin müavini deyib ki, Azərbaycan xalqı hər zaman Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edir. Əli Əhmədov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin ideyaları daim yaşayacaq: “Çünki bu ideyalar Azərbaycanın tərəqqisinin və yüksəlişinin əsasını təşkil edir. Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illərdə görülən işlərə, xalqımızın həyatında baş verən əsaslı dəyişikliklərə nəzər salsaq, bu fikri təsdiqləyən kifayət qədər faktlar söyləmək mümkündür. 1969-cu ildə Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsindənsonra respublikamızda sürətli inkişaf başladı. 1969-cu ildən sonra Ulu Öndərin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycan tamamilə dəyişdi, özünə inamı artdı, dinamik inkişaf yoluna çıxdı və xalq öz gələcəyinə inamla baxmağa başladı. Eyni zamanda, o dövrdə Heydər Əliyevin siyasəti nəticəsində milli iradənin güclənməsi Azərbaycanın gələcək müstəqilliyinə gedən yolun əsaslarını təşkil edirdi. Tarix Ulu Öndər Heydər Əliyevə bu missiyasını ikinci dəfə həyata keçirmək şansı verdi. 1993-cü ilə qədərki və ondan sonrakı Azərbaycan gözlərimiz qarşısındadır. 1990-cı illərin əvvəlində respublikamızda total böhran hökm sürürdü, o vaxtkı hakimiyyət Azərbaycanı məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir şəraitdə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı zərurətə çevrildi. O zamana qədər xalq Heydər Əliyevi qurucu lider kimi qəbul edirdisə, bu dəfə Ulu Öndər xilaskarlıq missiyasını yerinə yetirdi. Xaos, anarxiya, ümidsizlik içərisində olan, dərin böhran keçirən Azərbaycanda məhz Ulu Öndərin hakimiyyyətə qayıdışından sonra Onun qətiyyətli islahatlar strategiyası nəticəsində əmin-amanlıq bərqərar oldu, dinamik inkişaf təmin edildi, “Əsrin müqaviləsi” kimi tarixi sənəd imzalandı”.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən danışarkən Baş Nazirin müavini deyib ki, Azərbaycanın uğurlu inkişafı məhz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində təmin edilib. “ Ulu Öndər Heydər Əliyevin titanik fəaliyyəti nəticəsində müstəqil Azərbaycan dövlətinin əsasları möhkəm təməllər üzərində qurulub. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri o qədər böyükdür ki, Heydər Əliyevin xatirəsi hər gün, hər zaman anılır. Azərbaycanın ayrı-ayrı sahələrinin inkişafında, Azərbaycanın hər bir guşəsində Heydər Əliyevin izi görünür, hər bir sahənin inkişafında Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət özünü göstərir. Bu gün Azərbaycan Heydər Əliyevin ideyaları əsasında uğurla, qürurla inkişaf edir. Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət, dəyərlər, strategiya Azərbaycan xalqına xidmət edir”, - deyə o vurğulayıb.
Əli Əhmədov bildirib ki, bu gün Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun sözlərinə görə, hazırda Azərbaycan güclü, qüdrətli, beynəlxalq aləmdə nüfuzlu bir dövlətə çevrilib: “Məhz Azərbaycan dövlətinin möhkəm təməllər üzərində qurulmasının nəticəsidir ki, müxtəlif vaxtlarda dünyada baş verən böhranlardan Azərbaycan uğurla çıxa bilib. 2008-2009-cu illərdə baş vermiş iqtisadi böhran demək olar ki, Azərbaycana təsir etmədi. Eyni zamanda, bugünümüzdə baş verən koronavirus pandemiyası ilə əlaqədar da Azərbaycan dünyada ən az itkilərə məruz qalan ölkələrdən biridir. Belə ki, COVID-19 infeksiyasına dünyada hər 1 milyon insana düşən yoluxmanın sayı 450 nəfərdirsə, bu göstərici Azərbaycanda 200-ə yaxındır. Ölüm sayına görə dünyada hər 1 milyon insana düşən göstərici 33-ə bərabərdir. Azərbaycanda isə bu göstərici daha yaxşıdır, cəmi 2.6 nəfərdir. Beləliklə, Azərbaycanda vəziyyət dünya göstəricilərindən 15 dəfə yaxşıdır. Bütün bunlar dövlətimizin, Prezidentimiz İlham Əliyevin insanlarınn təhlükəsizliyinin, sağlamlığının qorunmasına verdiyi önəmin ifadəsidir”.
Əli Əhmədov bildirib ki, Ulu Öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövlətinin əsasları o qədər güclüdür ki, kənar təsirlərə müqavimət göstərmək immuniteti kifayət qədər möhkəmdir. O, ölkəmizin qazandığı hər bir uğurun təməlində Ulu Öndərin əsasını qoyduğu siyasətin dayandığını vurğulayıb. YAP Sədrinin müavini deyib ki, Azərbaycan bu gün Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi yolla irəliləyir. “Heydər Əliyevin ideyaları, əsasını qoyduğu ənənələr, müəyyənləşdirdiyi siyasət Azərbaycan xalqına xidmət edir. Bu ideyalar və ənənələr daim yaşayacaq, müstəqil Azərbaycan dövlətinin uğurlarının fövqündə dayanacaq”.
Videokonfrans formatında keçirilən tədbirdə həmçinin, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Musa Quliyev, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili və Milli Məclisin deputatı Elman Nəsirov çıxış edərək Ümummilli Liderimiz Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurucusu kimi misilsiz xidmətlərindən və Ulu Öndərimizin müəyyənləşdirdiyi siyasi kursu layiqincə davam etdirən Prezident İlham Əliyevin siyasətinin uğurlarından bəhs ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59

