Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Pərvin Kərimzadənin növbəti görüşü Gəncənin Təbriz küçəsində olub

Pərvin Kərimzadənin növbəti görüşü Gəncənin Təbriz küçəsində olub

31.01.2020 [10:11]

37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) namizədi Pərvin Kərimzadənin seçicilərlə görüşləri uğurla davam edir. Növbəti görüş Gəncənin Bağbanlar adlanan ərazisinin Təbriz küçəsində olub.
Deputatlığa namizəd seçicilərin qapılarını döyərək, onların arzu və istəklərini öyrənib, təkliflərini dinləyib. Xoş əhval-ruhiyyədə davam edən görüşlərdə Pərvin Kərimzadə seçicilərini fevralın 9-da seçki məntəqələrinə dəvət edərək, Vətənimizin tərəqqisi, xalqımızın parlaq gələcəyi, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi naminə Yeni Azərbaycan Partiyasına və onun namizədlərinə səs verməyə çağırıb.
Seçicilər Pərvin Kərimzadənin V çağırış Milli Məclisin deputatı kimi fəaliyyətindən razı qaldıqlarını bildirib, fevralın 9-da ailə üzvləri ilə birlikdə seçki məntəqələrinə gələrək, Yeni Azərbaycan Partiyasının namizədini yenidən Milli Məclisdə onları təmsil etməsi üçün dəstəkləyəcəklərini qeyd ediblər.

Paylaş:
Baxılıb: 566 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31