Deputatlığa namizəd İlham Məmmədovun seçicilərlə görüşləri davam edir
26.01.2020 [09:20]
48 saylı Yevlax seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədi İlham Məmmədov növbəti görüşü rayonun Səmədabad kənd sakinləri ilə keçirib. Görüşdə çıxış edən İlham Məmmədov YAP-ın bu seçkilərə “Daha güclü Azərbaycan naminə!” şüarı ilə qatıldığını bildirərək kənd sakinləri və ümumiyyətlə yevlaxlılar ona yenidən etimad göstərərlərsə, gələcəkdə də onları və bütövlükdə ölkəmizi layiqincə təmsil etmək üçün əlindən gələni edəcəyinə söz verib. O həmçinin parlamentdəki fəaliyyəti barədə də görüş iştirakçılarını məlumatlandırıb.
Görüşdə iştirak edən kənd sakinləri, ziyalılar və ağsaqqallar Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi İlham Məmmədova yekdilliklə səs verəcəklərini bildiriblər.
Deputatlığa namizəd İlham Məmmədovun gün ərzində daha bir görüşü İsmayılabad kənd ağsaqqalı Allahverdi Hüseynovun evində olub. Kənd ağsaqqalı ilə görüş zamanı İlham Məmmədov ölkə başçısı tərəfindən yürüdülən uğurlu siyasətdən, bütün sahələri əhatə edən kompleks islahatlardan və insanların rifah halının yaxşılaşdırılmasından söz açıb.
Allahverdi Hüseynov isə elin ağsaqqalına dəyər verdiyinə və hər zaman yevlaxlılarla birgə olduğuna görə İlham Məmmədova minnətdarlıq edərək bildirib ki, birmənalı olaraq 9 fevralda ailə üzvləri ilə birgə Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklər.
Daha sonra deputatlığa namizəd İlham Məmmədov İsmayılabad kənd sakini, Əməkdar həkim Zemfira Məmmədovanın evinin qonağı olub. Zemfira Məmmədova və qızı həkim Kəmalə Məmmədova ölkəmizdə bütün sahələr üzrə əldə edilmiş uğurlardan, tətbiq edilən yeniliklərdən söz açıb, yevlaxlıların istifadəsinə verilən üç müasir tibb müəssisəsinin fəaliyyətini inkişaf və tərəqqinin bariz nümunəsi kimi qeyd ediblər. Onlar bu siyasətin davamı üçün hər kəsin Yeni Azərbaycan Partiyasının namizədinə səs verməli olduğunu diqqətə çatdırıblar.
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34

