/ / Yeni Azərbaycan Partiyası Milli Məclisə seçkilərlə əlaqədar “Daha güclü Azərbaycan naminə” təbliğat-təşviqat kampaniyasına start verdi
Yeni Azərbaycan Partiyası Milli Məclisə seçkilərlə əlaqədar “Daha güclü Azərbaycan naminə” təbliğat-təşviqat kampaniyasına start verdi
18.01.2020 [11:12]
Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat kampaniyasına start verildi.
Yeni Azərbaycan Partiyası seçkilərə möhtəşəm hazırlıq işlərini uğurla yekunlaşdırmış, dünən səhər saatlarından başlayaraq təbliğat-təşviqat kampaniyası çərçivəsində həyata keçiriləcək tədbirlərin icrasına başlamışdır. YAP-ın Mərkəzi Seçki Qərargahının yerli strukturları əvvəlcədən müəyyənləşmiş qrafikə uyğun fəaliyyətə başlamış, Yeni Azərbaycan Partiyasının namizədlərinin təşviqat materialları bütün dairələr üzrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyənləşmiş ünvanlarda yerləşdirilmiş, YAP-ın Milli Məclisin deputatlığına namizədlərinin seçicilərlə görüşlərinə başlanmışdır.
Qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyasının seçkilərə hazırlıq işləri çərçivəsində rayon və şəhər təşkilat sədrlərinin iştirakı ilə bir neçə ümumrespublika müşavirəsi keçirilmiş, müşavirələrdə seçkilərə hazırlıq işləri müzakirə edilmiş, Mərkəzi Seçki Qərargahı tərəfindən yerli şöbələrə konkret tapşırıqlar və tövsiyələr verilmişdir.
09 fevral 2020-ci il tarixinə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən 123 dairə üzrə namizəd irəli sürülmüşdür. Yeni Azərbaycan Partiyası imzatoplama kampaniyasını qısa müddət ərzində uğurla başa çatdırmış, namizədləri dairə seçki komissiyaları tərəfindən Milli Məclisin deputatlığına namizəd kimi qeydə alınmışdır. Bununla da, Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikasının Seçki Məcəlləsinə müvafiq olaraq, seçkilərdə seçki dairələrinin 60-dan coxunda namizədləri qeydə alınmış siyasi partiya kimi iştirak etmək hüququ qazanmışdır.
Uğurla başa çatmış imzatoplama kampaniyasında Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı tərəfindən xüsusi treninqlərə cəlb edilmiş 1300-dən artıq partiya üzvü iştirak etmişdir.
Yeni Azərbaycan Partiyası seçkiləri müşahidə etmək üçün dairə seçki komissiyalarına 125 nəfər müşahidəçi, daha 125 nəfər məşvərətçi səs hüquqlu nümayəndə, seçki məntəqələrində 5 mindən artıq müşahidəçi, 5 mindən artıq məşvərətçi səs hüquqlu nümayəndə qismində də təyin etmişdir. Beləliklə, Yeni Azərbaycan Partiyası fevralın 9-da keçiriləcək Milli Məclisə seçkiləri təxminən 11 min nəfər müşahidəçi ilə izləyəcəkdir.
Yeni Azərbaycan Partiyası Milli Məclisə seçkilərin təbliğat-təşviqat kampaniyasını da yüksək əhval-ruhiyyə və inamla həyata keçirmək əzmindədir. Bu məqsədlə Yeni Azərbaycan Partiyası tərəfindən həyata keçirilən hazırlıq işləri tam başa çatmışdır.
Göründüyü kimi, Yeni Azərbaycan Partiyası fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərə hazırlıq işlərini ən yüksək səviyyədə başa çatdırmış və bu yüksək hazırlıq işlərinin sayəsində seçkilərin təbliğat-təşviqat kampaniyasına uğurla start vermişdir. Möhtəşəm kampaniya möhtəşəm qələbənin təminatıdır. Yeni Azərbaycan Partiyasını bu seçkilərdə növbəti möhtəşəm qələbə gözləyir.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

