YAP Səbail rayon təşkilatında qadın seçicilərlə görüş keçirilib
19.12.2019 [09:42]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsində bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlərin qadın seçicilərlə görüşü keçirilib.
Görüşdə çıxış edən YAP Səbail rayon təşkilatının Aparat rəhbəri Zəfər Bayramov bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Səbail rayonunda seçicilərlə keçirilmiş çoxsaylı görüşlər haqqında tədbir iştirakçılarına məlumat verib. Z.Bayramov bildirib ki, qadınlar bütün dövrlərdə respublikamızın ictimai-siyasi həyatında fəal iştirak ediblər. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası bu seçkilərdə də ən layiqli partiya fəallarının bələdiyyələrə namizədliyini irəli sürüb. Qadın seçiciləri hər zaman olduğu kimi, bu seçkilərdə də yüksək fəallıq nümayiş etdirməyə dəvət edən Z.Bayramov hər kəsi ən layiqli namizədlər olan YAP namizədlərinə səs verməyə çağırıb.
Çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova deyib ki, Azərbaycan qadınları bu gün cəmiyyətin ictimai-siyasi həyatının bütün sahələrində çox fəaldır, say etibarilə də ciddi elektorat təşkil edirlər. Bələdiyyə seçkilərində namizədlərin sırasında qadınların xüsusi çəkisinin ildən-ilə yüksəldiyini xüsusi qeyd edən deputat diqqətə çatdırıb ki, ölkəmizdə dövlət qadın siyasəti uğurla həyata keçirilir, qadınlar respublikada, eləcə də Səbail rayonunda gedən ictimai, siyasi, iqtisadi, mədəni proseslərdə yaxından iştirak edirlər. Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlərə seçkilərdə uğurlar arzu edən S.Qafarova bütün rayon sakinlərini seçki günündə fəal olmağa və YAP namizədlərini dəstəkləməyə çağırıb.
Tədbirdə YAP Səbail rayon Qadınlar Şurasının sədri Təranə Kərimova və YAP Səbail rayon təşkilatının sədr müavini Mehman İsmayılov çıxış edərək qeyd ediblər ki, bələdiyyə seçkilərində qadın namizədlər kifayət qədər çoxdur. Bu amil cəmiyyətdə qadınların rolunun artmasının göstəricisidir.
Görüşdə Səbail, Badamdar və Bibiheybət bələdiyyələrinə Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş qadın namizədlərdən Sədaqət Həsənova, Xatirə Əliyeva, Nərgiz Ələkbərova və Xədicə Həsənova çıxış ediblər. Qeyd olunub ki, bələdiyyə seçkilərində namizədlərin sırasında qadınların və gənclərin çoxluq təşkil etməsi bələdiyyə institutunun inkişafında mühüm rol oynayacaq. Seçki platformaları və görəcəkləri işlər haqqında seçicilərə ətraflı məlumat verən qadın namizədlər seçiciləri ictimai-siyasi proseslərdə daha da fəal olmağa və seçki günü həmrəylik nümayiş etdirərək Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.
Görüşdə çıxış edən qadın seçicilər seçki prosesində fəal iştirak edəcəklərini və xalqın partiyası olan YAP-ın namizədlərini dəstəkləyəcəklərini bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32

