YAP Nərimanov rayon təşkilatında bələdiyyə üzvlüyünə qadın namizədlərlə görüş keçirilib
05.12.2019 [09:40]
Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatında bələdiyyə üzvlüyünə YAP tərəfindən irəli sürülmüş qadın namizədlərlə görüş keçirilib.
Tədbirdə Milli Məclisin deputatı Sevinc Fətəliyeva, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova, rayonun ictimai-siyasi həyatında aktiv iştirak edən qadınlar və fəal gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev rayon təşkilatı tərəfindən görülən işlər barədə məlumat verib, qarşıdan gələn bələdiyyə seçkilərinin əhəmiyyətindən danışıb, eyni zamanda, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq qadınların idarəetmə orqanlarında və seçki proseslərindəki iştirakının durmadan artmaqda olduğunu qeyd edib.
Milli Məclisin deputatı Sevinc Fətəliyeva çıxışında Azərbaycanda ötən dövr ərzində bələdiyyə institutunun formalaşdığını və bu seçki prosesində də qadınların rolunun əvəzsiz olduğunu qeyd edib. Millət vəkili qarşıdan gələn bələdiyyə seçkilərində qadın namizədlərin say çoxluğunun iş prosesinə müsbət təsir göstərəcəyinə əminliyini bildirib və bütün namizədlərə uğurlar arzulayıb.
Daha sonra YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova çıxış edərək, respublikamızda dövlət qadın siyasəti haqqında danışıb, Ulu Öndər Heydər Əliyevin bu istiqamətdə əsasını qoyduğu ənənələrin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini, bunun nəticəsi olaraq, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində də qadın namizədlərin sayının kifayət qədər çox olduğunu deyib. O, eyni zamanda, YAP-ın namizədlərinin rayon təşkilatının hər bir qadın üzvü tərəfindən dəstəklənəcəyini qeyd edib.
Sonra bələdiyyə üzvlüyünə namizədlərdən İradə Qarayeva, Müjkan Məmmədzadə və seçici Samirə Əliyeva Azərbaycanın və regionun ən güclü siyasi partiyası olan YAP-ın yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazandığını vurğulayıblar. Natiqlər xalqımızın bu seçkilərdə də partiyamızın namizədlərini dəstəkləyəcəyinə əmin olduqlarını qeyd ediblər.
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41

