/ / YAP Səbail rayon təşkilatının fəalları Bilgəhdə yerləşən sosial xidmət müəssisəsini ziyarət ediblər
YAP Səbail rayon təşkilatının fəalları Bilgəhdə yerləşən sosial xidmət müəssisəsini ziyarət ediblər
25.11.2019 [10:58]
Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatı və bir qrup bağça və məktəb müəlliminin təşəbbüsü ilə Bilgəhdə yerləşən Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində görüş keçirilib. Bu barədə qəzetimizə YAP Səbail rayon təşkilatından məlumat verilib.
Təşkilatın fəalları bir qrup bağça və məktəb müəllimi ilə birgə sosial xidmət müəssisəsində yaşayan müharibə və əmək əlilləri ilə görüşüblər. YAP-ın yaradılmasının 27-ci ildönümü münasibətilə musiqi proqramının və süfrənin təşkil olunduğu tədbirdə ahıllarla birlikdə yaddaqalan bir gün keçirilib.
Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev bu görüşün hakim partiyanın yaradılmasının 27-ci ildönümünün qeyd olunduğu tarixə təsadüf etməsindən şad olduğunu bildirib. O, Yeni Azərbaycan Partiyasının müasir Azərbaycan dövlətçiliyinin qurulmasında və ölkəmizin ictimai-siyasi həyatında müstəsna rolu olduğunu, öz sıralarında cəmiyyətin bütün zümrələrini, o cümlədən ahılları, veteranları birləşdirdiyini və onların partiya sıralarında bu gün də fəal iştirak etdiklərini bildirib.
Ş.Hacıyev hakim partiyanın təsis olunmasını zəruri edən obyektiv səbəblər, tarixi şərait və müstəqilliyin ilk illərində ölkəmizdə mövcud olan acınacaqlı ictimai-siyasi vəziyyət, hakimiyyət böhranı və təhlükələr haqqında danışıb, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi üçün yerinə yetirdiyi taleyüklü xilaskarlıq missiyalarını vurğulayıb. Deputat qeyd edib ki, müstəqil Azərbaycanın İlham Əliyev dövrü dinamik inkişaf, tərəqqi, modernləşmə dövrüdür. Bu gün ölkəmiz cəmiyyət həyatının bir çox sahələrində misilsiz uğurlara imza atır. Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin milli maraqlara söykənən siyasətinin başlıca amalı Azərbaycanı müstəqil, qüdrətli və güclü sosial rifah dövlətinə çevirmək və işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etməkdir. İqtisadiyyat inkişaf etdikcə əhalinin, o cümlədən xüsusi qayğıya ehtiyacı olan insanların, ahılların, əlillərin, veteranların, şəhid ailələrinin, kimsəsizlərin sosial rifahının yüksəldilməsi üçün əlavə imkanların yaranması haqqında ətraflı məlumat verən Ş.Hacıyev deyib ki, 2019-cu ilin əvvəlindən uğurla icra olunan sosial proqramlar çərçivəsində dörd milyon iki yüz min nəfər əhalinin həyat səviyyəsi yüksəlib, bu məqsədlər üçün dörd milyard manat vəsait sərf olunub. 2020-ci ilin büdcəsinin Azərbaycanın müstəqillik tarixinin ən sosialyönümlü büdcəsi olduğunu vurğulayan deputat qeyd edib ki, büdcənin 39 faizi sosial xərclər üçün nəzərdə tutulub. Bu isə o deməkdir ki, əməkhaqları, pensiyalar, müavinətlər yenə də artırılacaq və əhalinin həyat səviyyəsi daha da yüksələcək.
YAP Səbail rayon təşkilatının sədri xüsusi qayğıya ehtiyacı olan ahıl insanlar və veteranlar üçün dövlət tərəfindən yaradılan şəraitə və görülən işlərə görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və Fondun vitse-prezidenti Leyla Əliyevaya təşəkkür edib.
Müəssisənin direktoru Qətibə Əsədova və ahıllar adından danışan sakinlər Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ahıl insanlara diqqət və qayğısından razılıqlarını bildiriblər. Onlar, eyni zamanda, sosial müavinətlərin mütəmadi olaraq artırılmasına görə dövlətimizin başçısına təşəkkür ediblər.
Xəbər lenti
Hamısına baxDünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10

