YAP nəinki regionda, dünyada nüfuzlu bir siyasi təşkilat kimi tanınır
21.11.2019 [09:56]
YAP-ın yaranmasının 27-ci ildönümü münasibətilə Qaradağ rayonunda tədbir keçirilib
Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 27-ci ildönümü münasibəti ilə YAP Qaradağ rayon təşkilatı tərəfindən tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Lökbatan qəsəbəsində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, Ümummilli Liderin xatirəsini ehtiramla yad ediblər. Qaradağ rayonu Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə əvvəlcə Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Sonra çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov partiyanın keçdiyi şərəfli yoldan danışıb. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı YAP siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib. “Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin avanqard qüvvəsi kimi xalqımızın həyatında mühüm rol oynayır”, - deyə millət vəkili qeyd edib.
YAP Siyasi Şurasının üzvü Munis Bayramov Ümummilli Liderin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bu siyasətin nəticəsində hazırda ölkəmizin güclü dövlətə çevrildiyini bildirib.
YAP İcra Katibliyinin şöbə müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva isə çıxışında bildirib ki, YAP nəinki regionda, dünyada nüfuzlu bir siyasi təşkilat kimi tanınır. YAP-ın geniş beynəlxalq əlaqələrə malik olduğunu bildirən S.Fətəliyevanın sözlərinə görə, bu əlaqələr daim genişlənməkdədir: “Həm Avropa, həm də Asiya ölkələrində fəaliyət göstərən siyasi partiyalarla, eləcə də siyasi partiyaların birləşdiyi nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edirik”.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov partiyanın cəmiyyətimizdə, müstəqil respublikamızın inkişafında və iqtisadi qüdrətinin durmadan artırılmasında rolunu yüksək dəyərləndirərək yeni-yeni uğurlar arzulayıb.
Tədbirdə həmçinin YAP Qaradağ rayon təşkilatı Gənclər Birliyinin sədri Seyidməmməd Məmmədzadə və gənc fəal Röya Rzayeva çıxış edərək dövlət müstəqilliyimizin qorunmasında və inkişaf etdirilməsində gənclərin qarşısında duran mühüm vəzifələrdən danışıb.
Daha sonra partiya sıralarına yeni qəbul edilmiş üzvlərə vəsiqələr təqdim olunub, bir qrup partiya fəalı isə rayon təşkilatının həyatında iştirakına görə fəxri fərmanla və mükafatlarla təltif edilib. Həmçinin partiyanın 1992-ci ildən üzvü olan və YAP Qaradağ rayon təşkilatının inkişafında xüsusi xidmətləri ilə seçilən təhsil işçisi Hicrət Qaradağlı 70 illiyi manasibətilə İcra Katibliyinin Fəxri Fərmanı ilə təltif olunub.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 Sentyabr 12:24
YAP xəbərləri
10 Sentyabr 12:20
YAP xəbərləri
10 Sentyabr 12:16
Dünya
10 Sentyabr 12:14
YAP xəbərləri
10 Sentyabr 12:12
Gündəm
10 Sentyabr 12:07
Gündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59

