Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Yeni Azərbaycan Partiyası regionun ən güclü partiyasıdır

Yeni Azərbaycan Partiyası regionun ən güclü partiyasıdır

09.12.2009 [10:02]

Partiyanın səlahiyyətli nümayəndələri Şirvan şəhər seçiciləri ilə görüş keçirib
Dünən Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat kampaniyası çərçivəsində Şirvan şəhərində seçicilərlə görüşüblər. Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının sədri Əbülhəsən İbrahimov böyük seçki praktikasına malik olan Yeni Azərbaycan Partiyasının qarşıdan gələn bələdiyyə seçkilərinə də yüksək səviyyədə hazırlaşdığını önə çəkib. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının gördüyü işlər, apardığı hazırlıq prosesi yüksək qalibiyyətin əldə olunmasına ümidlər verir: “Şirvan şəhərində iki bələdiyyə-Hacıqəhrəmanlı və Şirvan bələdiyyələri üzrə seçkilər keçiriləcək. Hacıqəhrəmanlı bələdiyəsinə 9, şəhər bələdiyyəsinə isə 17 nəfər namizəd irəli sürmüşük. Mən Şirvan seçicilərinin bu seçkilərdə fəal iştirak edəcəyinə əminəm. Şirvan şəhərinin sakinləri hər zaman ümummilli lider Heydər Əliyev siyasi kursuna sadiqliyi ilə seçilib. Əminəm ki, budəfəki seçkilərdə də vətəndaşlarımız Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədləri dəstəkləyəcək”.
çıxış edən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, millət vəkili, partiyanın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi Arif Rəhimzadə bələdiyyələrin Azərbaycanın inkişafındakı yerindən bəhs edib. A.Rəhimzadə qarşıdan gələn bələdiyyə seçkilərində xalqımızın Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəyinə əminliyini ifadə edib. Daha sonra YAP-ın bələdiyyə seçkilərinə “Xalqa xidmət naminə” şüarı ilə getdiyini vurğulayan millət vəkili qeyd edib ki, YAP öz namizədlərinin qarşısına mühüm vəzifələr qoyub: “Yerli özünüidarəetmənin demokratikləşməsinin dərinləşməsi, bələdiyyələrin fəaliyyətinin hüquqi əsaslarla daha keyfiyyətli təmin olunması məqsədilə bazanın möhkəmləndirilməsi, “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasında bələdiyyələrin fəal iştirakının təmin edilməsi, yerli resursların daha səmərəli şəkildə istifadəsinin təşkili, bələdiyyə ərazilərində maddi mədəniyyət abidələrinin qorunması, turizm potensialının inkişafı, buna paralel olaraq, bölgələrdə turizmin inkişafının təmin olunması və digər mühüm məsələlərin həllində dekabrın 23-də keçiriləcək seçkilərdən sonra formalaşacaq bələdiyyələr əsaslı rol oynamalıdır. Bu baxımdan dekabrın 23-dən sonra seçilən bələdiyyə üzvlərinin məsuliyyəti daha da artır. Bələdiyyə üzvlərinin apardığı işlərin davamlılığı üçün seçicilər dekabrın 23-də məhz Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməlidirlər. Mən əminəm ki, dövlətçiliyin inkişafını arzulayan Şirvan sakinləri bu dəfə də ölkəmizin inkişafına-Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər”.
çıxış edən YAP-ın bələdiyyə seçkilərində
 səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Mirkazım Kazımov isə qeyd edib ki, YAP-ın qeydə alınmış namizədlərinin seçkilərdə qələbə qazanmaq şansı olduqca böyükdür: “çünki son beş ildə partiyamız daha da güclənib və sıralarında 500 min insanı birləşdirir. Xalqın böyük sosial dayağına malik olan YAP-ın bələdiyyə seçkilərində inamlı qələbəsini şərtləndirən bir çox faktorlar mövcuddur, əsas amil isə xalqın partiyaya olan inamının ötən illər ərzində daha da möhkəmlənməsidir. YAP Azərbaycanın və regionun ən mütəşəkkil güclü siyasi təşkilatı kimi qarşısına qoyduğu bütün hədəflərə asanlıqla nail olmağa qadirdir. Bu gün əhalinin sosial məsələlərinin həll edilməsi, onların ən yüksək infrastruktur xidmətləri ilə əhatə olunması partiyaya olan rəğbəti və inamı artırmış olur. Yerli özünüidarəetmə orqanlarında qadınların və gənclərin təmsilçiliyinin artmasının isə ümumilikdə cəmiyyətin tərəqqisinə, bölgələrdə mühüm sosial-humanitar məsələlərin həllinə köməklik göstərəcəyinə ümidvaram”.
Tədbir seçiciləri maraqlandıran sualların cavablandırılması ilə davam edib.

Paylaş:
Baxılıb: 1124 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30