Sumqayıt seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər
04.12.2009 [09:33]
Dünən Yeni Azərbaycan Partiyası qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı təbliğat kampaniyası çərçivəsində növbəti görüşünü Sumqayıt şəhəri 9-cu mikrorayonunda keçirib. Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev son illərdə ölkəmizdə aparılan siyasətin nəticəsində bütün sahələrdə böyük inkişafın müşahidə olunduğunu qeyd edib. Bu inkişafdan Sumqayıt şəhərinə də pay düşdüyünü söyləyən natiq dövlətimizin başçısının hər zaman Sumqayıta qayğı ilə yanaşdığını önə çəkib. Onun sözlərinə görə, yeni infrastrukturların yaradılması, kommunikasiya xidmətlərinin daha da gücləndirilməsi istiqamətində aparılan işlər, sənaye müəssisələrinin bərpası və yenilərinin açılması, o cümlədən, şəhərdə aparılan abadlıq-bərpa işləri Sumqayıtın son 5 ildə canlanmasına səbəb olub: “Bütün Azərbaycan xalqı, o cümlədən, Sumqayıt əhalisi son 5 ildəki böyükmiqyaslı dəyişiklikləri öz həyatlarında hiss edirlər. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan inkişafa xidmət edən siyasət ölkəmizi beynəlxalq arenada güclü bir dövlətə çevirib. Uğurlarımızın təməlində xalqın ölkə hakimiyyəti ilə vəhdəti dayanır. Regionların inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları bölgələrin inkişafına yol açıb. Məhz görülən işlər, aparılan islahatlar Azərbaycan xalqının Azərbaycan hakimiyyətinə, Yeni Azərbaycan Partiyasına olan inamının daha da möhkəmlənməsinə səbəb olub. Mən inanıram ki, qarşıdan gələn bələdiyyə seçkilərində Sumqayıt seçiciləri bir daha bu inamı, etimadı nümayiş etdirəcəklər. Partiyamız bələdiyyə seçkilərində bütün yerlərə namizəd irəli sürüb. Son 5 ildə Sumqayıt bələdiyyəsinin fəaliyyəti də bir daha onu deməyə əsas verir ki, Sumqayıt bələdiyyəsi günü-gündən inkişaf edir, xalqın rifahı üçün çalışır. Mən əminəm ki, bu işlərin davam etdirilməsi üçün Sumqayıt seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər”.
çıxış edən Azərbaycan İctimai-Siyasi Universitetinin rektoru, professor Rasim Nəbiyev bələdiyyə sisteminin tarixindən bəhs edib. Natiq bildirib ki, Azərbaycanda bələdiyyə sisteminin yaşının az olmasına baxmayaraq, vətəndaşlarımızın rahatlığı naminə böyük işlər görüblər: “Artıq bələdiyyələrin insanların həyatındakı yeri və rolu da artmaqdadır. Xalqımız hər bir seçkidə Yeni Azərbaycan Partiyasına olan inamını öz səsləri ilə bir daha nümayiş etdirir. Mən əminəm ki, xalqımız ümummilli lider Heydər Əliyev siyasi kursuna, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və dövlət başçımızın Sədri olduğu Yeni Azərbaycan Partiyasına olan inamını və sevgisini bu dəfə də nümayiş etdirəcək. Hər zaman dövlətçiliyə bağlılıqları ilə seçilən Sumqayıt seçiciləri bu dəfə də inkişafa - yəni, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər”.
çıxış edən Sumqayıt bələdiyyəsi üzvlüyünə Yeni Azərbaycan Partiyasının namizədi Əbülfəz Babayev Sumqayıt bələdiyyəsinin son 5 ildə gördüyü işlərdən bəhs edib. Tədbirin keçirildiyi 9-cu mikrorayonda aparılan abadlıq işləri ilə bağlı məlumat verən natiq qeyd edib ki, seçicilər Yeni Azərbaycan Partiyasının namizədlərinə bir daha etimad göstərəcəkləri təqdirdə bu işlər davam etdiriləcək və daha geniş miqyas alacaq: “Bunun üçün isə bütün seçicilərdən seçkiyə gəlməyi və aktiv olmağı xahiş edirik. Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərinə 15 mindən artıq namizədlə qatılıb. Bu rəqəm bir daha göstərir ki, Yeni Azərbaycan Partiyası xalqımız tərəfindən sevilir, dəstəklənir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs ölkə vətəndaşlarının rifahına, dövlətimizin inkişafına xidmət göstərir. ölkəmizin inkişafı haqda çox danışmaq olar, tək bir faktı qeyd etmək lazımdır ki, son 5 ildə Azərbaycan vətəndaşlarının gəlirləri üzrə bütün postsovet məkanında liderdir. Bu inkişafa yönəlik siyasətin düzgün aparılması isə ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin müstəsna xidmətidir. 10 illik təcrübəsi olan Azərbaycan bələdiyyəsi də inkişaf yolundadır. Yeni Azərbaycan Partiyasının namizədi olaraq hər zaman seçicilərin etimadını doğrultmaq istiqamətində işlədiyimizi və bundan sonra da işləyəcəyimizi indidən bəyan edirik”.
Sumqayıt şəhər bələdiyyəsi üzvlüyünə Yeni Azərbaycan Partiyasının namizədi Leyla Abdullayeva da son illərdə ölkəmizdə aparılan islahatlardan bəhs edib. Azərbaycan Respublikasının Milli Məclisinin bələdiyyələrlə bağlı qanunvericilikdə etdiyi dəyişiklikdən danışan natiq bildirib ki, bu islahatlar bələdiyyələrin fəaliyyətini daha da gücləndirəcək. Sumqayıt bələdiyyəsinin işinin hər zaman seçicilər tərəfindən qiymətləndirildiyini söyləyən L.Abdullayeva görüş iştirakçılarını real işə qiymət verməyə çağırıb: “Dekabrın 23-də növbəti beşillik üçün bələdiyyələr seçiləcək. Yeni Azərbaycan Partiyası hər zaman olduğu kimi, bu dəfə də xalqın iradəsinə inanır və əmindir ki, vətəndaşlarımız onların həyat şəraitlərinin yaxşılaşdırılmasına xidmət göstərən ümummilli lider Heydər Əliyev siyasi kursuna dəstək verəcək. çünki Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır və bu seçkiyə də xalqa xidmət naminə gedir. Bizlər-Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkisində namizəd kimi iştirak edən insanlar isə bu etimadı var gücümüzlə, görəcəyimiz işlərlə doğrultmağa çalışacağıq”.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər bələdiyyəsi üzvlüyünə namizədləri Pərvanə Səfərova, Şəfa Həsənova, İlqar Nuriyev, Məhəbbət Nağıyev və digərləri də Yeni Azərbaycan Partiyasının seçki proqramından bəhs ediblər. çıxış edən namizədlər qeyd ediblər ki, təmsil etdikləri Yeni Azərbaycan Partiyası hər zaman xalqın iradəsinə uyğun hərəkət edib və dövlətçilik maraqlarından çıxış edib. Bu baxımdan Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasına inanır və etibar edir. Bu, xalqımızın ümummilli lider Heydər Əliyev siyasi kursuna sevgisindən və Yeni Azərbaycan Partiyasının xalqın partiyası olmasından irəli gəlir. Tədbir iştirakçıları seçiciləri maraqlandıran sualları cavablandırıblar.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

