/ / YAP-ın irəli sürdüyü layiqli namizədlər budəfəki bələdiyyə seçkilərində də qobuluların dəstəyini qazanacaq
YAP-ın irəli sürdüyü layiqli namizədlər budəfəki bələdiyyə seçkilərində də qobuluların dəstəyini qazanacaq
03.12.2009 [09:40]
Dekabr ayının 23-də keçiriləcək bələdiyyə seçkilərilə əlaqədar olaraq təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Abşeron rayon təşkilatı dünən Qobu qəsəbəsində tədbir keçirib. Tədbirdə çıxış edən YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev rayon təşkilatının bələdiyyə seçkilərinə hazırlıqla bağlı həyata keçirdiyi işlər haqqında ümumi məlumat verib. Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar görülmüş işlərdən danışan natiq qeyd edib ki, ötən müddət ərzində özünüidarəetmə orqanlarında namizədliyini irəli sürmüş YAP üzvləri ilə mütəmadi görüşlər keçirilib, onlara bələdiyyələrin ölkənin ictimai-siyasi həyatında oynadığı rolun əhəmiyyəti barədə geniş məlumat verilib.
Bilman Vəliyev bələdiyyələrin formalaşması prosesinə toxunaraq söyləyib ki, bələdiyyələr Azərbaycanda yaranmış gənc özünüidarəetmə strukturudur: “ötən müddət ərzində bələdiyyələrin fəaliyyətində müəyyən çatışmazlıqlar olsa da, bu gün artıq onlar aradan qaldırılmaq üzrədir. Yəni, bələdiyyələrlə bağlı qanunvericilik bazası gücləndirilib, bu strukturların fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün bir sıra vacib qanunlar qəbul edilib”.
Bilman Vəliyev Qobu qəsəbəsi bələdiyyəsi üzrə YAP-ın 11 namizədi olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərilə bağlı konsepsiyasına uyğun olaraq qadınların və gənclərin namizədliklərinin irəli sürülməsi ötən illərə nisbətən üstünlük təşkil edib: “Namizədlər arasında üstünlüyü həm gənclər, həm də qadınlar təşkil edir. Mən əminəm ki, hər zaman olduğu kimi, budəfəki siyasi kampaniyada da partiyamızın namizədləri qalib gələcək”.
Tədbirdə çıxış edən YAP-ın bələdiyyə seçkiləri üzrə səlahiyyətli nümayəndəsi, millət vəkili Eldar İbrahimov bələdiyyələrin fəaliyyəti barədə məlumat verdikdən sonra söyləyib ki, yerli özünüidaretmə orqanları olan bələdiyyələr ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında mühüm rol oynayan strukturdur və bu quruma keçirilən seçkilərə hazırlıq partiya üzvləri qarşısında ciddi vəzifələr qoyur.
Yeni Azərbaycan Partiyasının cəmiyyətdə böyük nüfuza və dəstəyə malik olduğunu söyləyən səlahiyyətli nümayəndə bildirib ki, bu, özünü bələdiyyə seçkilərində də göstərəcək: “Məlum olduğu kimi, YAP bələdiyyə seçkilərinə 15 mindən artıq namizəd irəli sürüb. Müxalifət isə bələdiyyələrə namizəd irəli sürmək üçün insan tapa bilməyib. Bu nəyin göstəricisidir? Əlbəttə ki, xalqın YAP-a olan inamının göstəricisidir. Bu, bir daha göstərdi ki, müxalifətin sosial dayaqları yoxdur”.
“Xalqa xidmət naminə” şüarı ilə seçkilərdə iştirak edən YAP budəfəki seçkilərdə də qadınların və gənclərin namizədliklərinin irəli sürülməsinə böyük diqqət ayırıb” - deyən səlahiyyətli nümayəndə Abşeron rayonunda aparılan abadlıq-quruculuq işlərinə də toxunub.
Tədbirdə çıxış edən YAP-ın Qobu qəsəbəsi bələdiyyəsinə namizədi Mübariz Bayramov deyib ki, Qobulular hər zaman dövlətçiliyə sadiq olublar və bu gün də bunu sübut edirlər.
YAP seçki qərargahının Abşeron rayon şöbəsinin üzvü Məhərrəm Abdulov deyib ki, bələdiyyələr yerli əhəmiyyətli məsələlərin həllində mühüm rol oynayır.
Sonda çıxış edən qəsəbə sakinləri bələdiyyənin gördüyü işləri yüksək qiymətləndiriblər. Bir sıra çatışmazlıqların olduğunu, Yeni Azərbaycan Partiyasının namizədləri bələdiyyələrə seçildikdən sonra onların da aradan qaldırılacağına inandıqlarını söyləyən sakinlər, budəfəki bələdiyyə seçkilərində də YAP-ın ən layiqli namizədlərinə səs verəcəklərini əminliklə ifadə ediblər.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

