/ / Yeni Azərbaycan Partiyası bələdiyyələrin işində əsaslı dönüş yaratmağı da qarşısına məqsəd qoyub
Yeni Azərbaycan Partiyası bələdiyyələrin işində əsaslı dönüş yaratmağı da qarşısına məqsəd qoyub
21.11.2009 [08:49]
Dünən İmişli rayonunda 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülmüş namizədlər üçün treninq keçirilib. Tədbirdə çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev ilk olaraq, bələdiyyə seçkilərinə hazırlıqla bağlı görülən işlərdən danışıb. O bildirib ki, Milli Məclisdə bələdiyyələrin sayının azaldılması və birləşdirilməsi ilə bağlı qəbul olunmuş Qanunun icrası məqsədilə İmişli rayonunda da bir neçə bələdiyyələr birləşdirilib. Dekabrın 23-də keçiriləcək seçkilər zamanı 29 bələdiyyə üzrə 271 nəfər üzv seçiləcək. O, YAP İmişli rayon təşkilatının bütün yerlərə namizəd irəli sürdüyünü vurğulayıb. S.Ağayev, həmçinin, deyib ki, YAP-ın seçkilərlə bağlı qəbul etdiyi proqram və tövsiyələrə uyğun olaraq, rayon təşkilatı namizədləri müəyyənləşdirərkən gənclərin və qadınların da potensialından yararlanıb. Belə ki, partiyanın rayon təşkilatı tərəfindən namizədliyi irəli sürülmüş 271 nəfərin 31,7 faizini qadınlar (86 nəfər), 35,8 faizini isə gənclər (97 nəfər) təşkil edir. Onların da 87,8 faizi (238 nəfər) ali təhsillidir. Bütün namizədlərin müvafiq seçki dairələri tərəfindən qeydə alındığını söyləyən rayon təşkilatının sədrinin sözlərinə görə, hazırda təbliğat və təşviqat kampaniyasına ciddi hazırlıq görülür.
İmişli ictimaiyyətinin ölkənin bütün siyasi aksiyalarında və taleyüklü məsələlərdə böyük fəallıq göstərdiyini diqqətə çatdıran S.Ağayev əmin olduğunun vurğulayıb ki, əvvəlki seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərində də YAP İmişli rayon təşkilatının üzvləri və ümumiyyətlə, bütün İmişli sakinləri yüksək fəallıq nümayiş etdirəcək, dövlətçiliyimizin, inkişafın keşiyində dayandıqlarını bir daha sübuta yetirəcəklər.
çıxış edən YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, partiyanın İdarə Heyətinin üzvü Kərim Kərimov bu tədbirin çox əlamətdar bir dövrə - YAP-ın yaradılmasının 17-ci ildönümü ərəfəsinə təsadüf etməsinin sevindirici hal kimi qiymətləndirib. Hazırda bütün ölkə ictimaiyyətinin, o cümlədən, YAP üzvlərinin və təəssübkeşlərinin bu bayram gününə hazırlaşdığını söyləyən K.Kərimov YAP-ın yaranmasının tarixi zərurətdən irəli gəldiyini deyib: “1991-ci ildə SSRİ-nin dağılmasından sonra Azərbaycan öz müstəqilliyini elan etsə də cəmi bir il sonra müstəqilliyimizi itirmək təhlükəsi ilə üz-üzə qalmışdıq. Dövlət idarəçiliyində baş vermiş çatlar və hakimiyyət uğrunda gedən mübarizə sonunda Azərbaycana böyük ziyan vururdu. Həm daxildə böhran baş verir, həm də bədnam qonşularımız torpaqlarımızı işğal etməkdə davam edirdi. Belə bir şəraitdə Azərbaycan xalqının vahid bir qüvvə kimi birləşməsi, təşkilatlanması çox vacib idi. YAP-ın yaradılması da məhz bu amala xidmət edirdi. Yeri gəlmişkən, qeyd edim ki, YAP-ın təsis olunması cəmiyyətin təşkilatlanması baxımından dönüş nöqtəsi oldu. Ondan sonra 1993-cü ildə xalqımızın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəldi və bununla da, dövlətçiliyimizin xilası prosesi başladı”.
Sonrakı dövrlərdə YAP-ın daha da güclənərək ölkəmizin inkişafı baxımından mühüm tədbirlər həyata keçirdiyini söyləyən səlahiyyətli nümayəndə vurğulayıb ki, Ulu öndərdən sonra partiyamız cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da gücləndi, beynəlxalq əlaqələrini daha da genişləndirdi və bu gün bütün regionun ən böyük partiyasıdır. K.Kərimov, həmçinin, namizədlərə bələdiyyə seçkiləri haqqında ətraflı məlumat verərək onların suallarını cavablandırıb.
Sonra çıxış edən YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə ilk olaraq, partiyanın yaranmasının ildönümü münasibətilə təbriklərini çatdırıb. Partiyanın inkişaf tarixindən bəhs edən baş redaktor YAP-ı qələbələr partiyası adlandırıb və təsis konfransından bu günə qədər əldə olunmuş nailiyyətlər haqqında danışıb. Bələdiyyələrin fəaliyyəti haqqında geniş məlumat verən səlahiyyətli nümayəndə H.Babaoğlu deyib ki, özünüidarəetmə orqanları bir struktur kimi Azərbaycanda 1999-cu ildə yaradılıb. ötən müddət ərzində onların fəaliyyətinin hüquqi tənzimlənməsi üçün qəbul olunmuş qərarlar və qanunlar, eyni zamanda, əldə olunmuş təcrübə, yerli özünüidarə orqanlarının fəaliyyətinin daha effektiv şəkildə qurulmasına şərait yaradıb. Bələdiyyələrin əsas vəzifəsinin vətəndaşlara xidmət etmək olduğunu söyləyən Hikmət Babaoğlu bu səbəbdən də, sosial problemlərin həllində onların üzərinə böyük məsuliyyətin düşdüyünü bildirib.
YAP-ın bələdiyyə seçkilərinə “Xalqa xidmət naminə” şüarı ilə getdiyini söyləyən baş redaktor deyib ki, partiyamız bu seçkilərdə yerli özünüidarəetmənin demokratikləşməsinin dərinləşməsi, bələdiyyələrin fəaliyyətinin keyfiyyətli təmin olunması məqsədilə hüquqi bazanın möhkəmləndirilməsi, “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasında bələdiyyələrin fəal iştirakının təmin edilməsi, yerli resursların daha səmərəli şəkildə istifadəsinin təşkili, bələdiyyə ərazilərində maddi mədəniyyət abidələrinin qorunması, turizm potensialının inkişafı, bələdiyyə büdcələrinin şəffaflığının təmin olunması, yerli özünüidarə strukturlarının səlahiyyətlərinin genişləndirilməsi və digər mühüm vəzifələri qarşısına məqsəd kimi qoyub.
Sonda Hikmət Babaoğlu namizədlərə vətəndaşlarla təmasların qurulması və təşviqat kampaniyasının daha keyfiyyətli təşkil olunması haqqında tövsiyələrini çatdırıb.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxMədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37

