YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib
23.04.2019 [09:28]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib. Konfransda Milli Məclis sədrinin birinci müavini, YAP Siyasi Şurasının üzvü Ziyafət Əsgərov, millət vəkili, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı, Milli Məclisin deputatı Şahin İsmayılov, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, partiyanın Siyasi Şurasının üzvü, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, “Səs” media qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev, o cümlədən partiyanın və rayon təşkilatının gənclər birliklərinin üzvləri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən, gənclər üçün yaradılan əlverişli şəraitdən danışıb. Millət vəkili əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və bunun nəticəsində ölkədə yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclərin formalaşdığını qeyd edib.
Azərbaycanda həyata keçirilən uğurlu dövlət gənclər siyasətindən bəhs edən videoçarxın nümayişindən sonra YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədr əvəzi Söhrab Həşimov IV konfransdan ötən müddət ərzində görülən işlər barədə hesabat məruzəsi ilə çıxış edib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin departament direktorunun müavini Salman Salmanov, Azərbaycan Tibb Universitetinin prorektoru Orxan İsayev və başqaları hesabat məruzəsi ətrafında çıxış edərək, görülmüş işləri qənaətbəxş qiymətləndiriblər.
Sonra çıxış edən Milli Məclis sədrinin birinci müavini, YAP Siyasi Şurasının üzvü Ziyafət Əsgərov bildirib ki, Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar: “Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb. Partiyamızın sıralarında yüksək intellektli gənclər birləşiblər ki, onlar üzərlərinə düşən vəzifələri yerinə yetirməyə qadirdirlər”.
Vurğulanıb ki, bu gün gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərir, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər.
O da qeyd olunub ki, müstəqilliyini çətin iqtisadi şəraitdə bərpa edən Azərbaycan, eyni zamanda, erməni təcavüzü nəticəsində çox ciddi iqtisadi böhranla üzləşmişdi. Lakin Ümummilli Liderimiz Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmiz bütün çətinliklərdən uğurla çıxdı və bu gün regionun lideri olan Azərbaycan dünyanın aparıcı dövlətləri sırasında özünə layiqli yer tutub.
“Sevindirici haldır ki, Azərbaycan gəncləri ictimai fəallığı ilə seçilirlər. Gənclərimiz sosial, iqtisadi, humanitar tədbirlərdə fəal iştirak edir, dövlətin gənclər üçün yaratdığı geniş imkanlardan faydalanırlar. Ölkəmizdə gənclər siyasəti hər zaman dövlət siyasətinin mühüm tərkib hissəsi olub. Bunun göstəricilərindən biri də gənclərlə bağlı bir sıra proqramların qəbul edilməsidir. Bu proqramlardan minlərlə Azərbaycan gənci yararlanır”. Bu fikirləri isə Milli Məclisin deputatı Şahin İsmayılov konfransda səsləndirib.
Konfransda çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov rayon gənclərinin bütün təşəbbüslərinin daim dəstəkləndiyini diqqətə çatdırıb. İcra Hakimiyyətinin başçısı digər gənclər kimi, YAP Nəsimi rayon təşkilatının Gənclər Birliyinin üzvlərinin də ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etmələrindən məmnunluğunu bildirib, birliyin fəaliyyətini yüksək qiymətləndirib.
Sonra Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov partiyanın böyük siyasi qüvvəyə çevrildiyini, partiyanın gənc üzvlərinin ölkəmizin sosial-iqtisadi həyatının bütün sahələrində fəal iştirak etdiyini deyib. YAP Gənclər Birliyinin gördüyü işlər, həyata keçirdiyi layihələr haqqında geniş məlumat verən Seymur Orucov gənclərin partiya üzvlərinin 40 faizini təşkil etdiyini diqqətə çatdırıb.
“Səs” media qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev də tədbirdə çıxış edərək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Hazırda dünyada mürəkkəb proseslərin baş verdiyini deyən Bəhruz Quliyev gənclərə təşəbbüskar olmağı tövsiyə edib. O, Prezident İlham Əliyevin ölkə gəncliyinin inkişafını daim diqqət mərkəzində saxladığını bildirib.
Daha sonra təşkilati məsələlərə baxılıb. YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyi Şurasının, İdarə Heyətinin tərkibi müəyyənləşib. Belə ki, Şuraya 35, İdarə Heyətinə isə 17 nəfər seçilib. Səsvermə nəticəsində Salman Salmanov YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38

