YAP Xaçmaz rayon təşkilatı Gənclər Birliyinin VIII konfransı keçirilib
11.04.2019 [09:16]
Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatı Gənclər Birliyinin VIII konfransı keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub, Ümummilli Liderin xatirəsini dərin ehtiramla yad ediblər.
Konfransda Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev, Milli Məclisin deputatları İlham Əliyev, Eldəniz Səlimov və YAP Gənclər Birliyinin sədri Seymur Orucov iştirak ediblər.
Çıxış edən YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev təşkilatın bir çox uğurlara imza atdığını bildirib. O, YAP Xaçmaz rayon təşkilatının ötən illər ərzində gördüyü işlərdən, həyata keçirdiyi tədbirlərdən danışıb.
Hesabat məruzəsi ilə çıxış edən YAP Xaçmaz rayon təşkilatının Gənclər Birliyinin sədri Emil Tağıyev ötən müddət ərzində təşkilatın gördüyü işlər barədə geniş məlumat verərək gənclərin fəallığından, rayonun ictimai-siyasi həyatında yaxından iştirak etməklərindən, dövlətə, dövlətçiliyimizə, Prezidentimizə həmişə sədaqətli və bütün hallarda Prezidentin yanında olmalarından danışıb.
Konfransda həmçinin Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, Milli Məclisin deputatı İlham Əliyev, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, YAP Xaçmaz rayon təşkilatı İdarə heyətinin üzvü, rayon Təhsil şöbəsinin müdiri Mədinə Nurməmmədova, fəal gənc Kazım Balakişiyev, Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr olunmuş “Ən yaxşı təqdimat” layihəsinin qalibi Azərin Məmmədova çıxış edərək ölkə rəhbərliyinin gənclərə göstərdiyi diqqət və qayğıdan, Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasi, iqtisadi, hüquqi və sosial islahatlar nəticəsində ölkəmizin əldə etdiyi böyük uğurlardan, 10 milyonuncu ölkə vətəndaşına göstərilən diqqət və qayğıdan və digər məsələlərdən geniş söz açıblar.
Konfrans YAP Xaçmaz rayon Gənclər Birliyi şurasının yeni tərkibini seçib, Fərid Bəybala oğlu Musayev səsvermə yolu ilə YAP Xaçmaz rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib. Fərid Musayev çıxış edərək ona göstərilən etimada görə partiya rəhbərliyinə öz təşəkkürünü və minnətdarlığını bildirib.
Konfransda YAP Gənclər Birliyinin respublika konfransına nümayəndələr də seçilib.
Sonda partiya sıralarına daxil olmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51

