/ / YAP Səbail rayon təşkilatı Prezident İlham Əliyevin növbəti dəfə dövlət başçısı seçilməsinin 1 illiyi ilə bağlı tədbir keçirib
YAP Səbail rayon təşkilatı Prezident İlham Əliyevin növbəti dəfə dövlət başçısı seçilməsinin 1 illiyi ilə bağlı tədbir keçirib
11.04.2019 [09:12]
Aprelin 10-da Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin növbəti dəfə dövlət başçısı seçilməsinin 1 ilinin tamam olması münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev son 1 il ərzində ölkədə görülən işlərdən və dövlət başçısının yürütdüyü siyasətdən bəhs edib: “Bir il bundan əvvəl seçicilərin 86,02 faiz səsini toplayan İlham Əliyev inamlı qələbə qazanaraq növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçildi. Prezident İlham Əliyevə olan bu inam, etimad bir daha göstərdi ki, Azərbaycan xalqı dövlət başçısının apardığı daxili və xarici siyasət kursunu dəstəkləyir və Onun yanındadır. Azərbaycan son bir ildə ictimai-siyasi sabitlik şəraitində öz dinamik sosial-iqtisadi inkişafını davam etdirib, xalqın əmin-amanlığı və rifahı naminə bütün zəruri addımlar atılıb, əhalinin firavan həyatı üçün ardıcıl tədbirlər görülüb. Bir sözlə, müasir Azərbaycan Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin bu gün böyük əzmlə, uğurla həyata keçirdiyi məqsədyönlü strategiya sayəsində sosial-iqtisadi sahədə dünyanın sürətlə inkişaf edən dövlətinə çevrilib”.
Azərbaycanın getdikcə daha da gücləndiyini deyən Ş.Hacıyev Aprel döyüşlərindən də söz açıb: “İqtisadiyyatımız inkişaf edir, hərbi potensialımız artır. Dövlətimizin başçısının xüsusi diqqət və qayğısı sayəsində Azərbaycan Ordusu bu gün dünyanın ən güclü orduları sırasındadır. Ordumuz bütün göstəricilərə görə Ermənistan ordusundan dəfələrlə üstündür və işğal altında olan bütün torpaqlarımızı azad etmək iqtidarındadır. Bildiyiniz kimi, Azərbaycan Ordusu 2016-cı ilin aprelində düşmənin cəbhədəki təxribatlarının qarşısını alıb və əks-hücuma keçərək, mühüm strateji yüksəklikləri işğaldan azad edib. Aprel zəfəri Şuşaya, Xankəndinə qayıdışın, böyük qələbənin başlanğıcıdır. Bu döyüşlərə qədər ermənilər özləri barədə belə bir mif yaratmışdılar ki, onların ordusu güclüdür, məğlubedilməzdir. Ancaq Azərbaycan Ordusu öz qələbəsi ilə ermənilərin yaratdıqları bu mifi darmadağın etdi”.
Sonra Xalq artisti Hacı İsmayılov bu gün Azərbaycan mədəniyyətinin inkişafı, mədəniyyətimizin dünya mədəniyyətinə inteqrasiyası və tanıdılması, sənət adamlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərdən söhbət açıb. Xalq artisti qeyd edib ki, son illər ərzində mədəniyyət sahəsində mühüm dövlət proqramları həyata keçirilib, paytaxtda və regionlarda bir sıra mədəniyyət mərkəzləri, teatr binaları, konsert-tamaşa salonları, rəsm qalereyaları tikilib istifadəyə verilib, habelə mövcud obyektlərin müasir standartlara uyğun təmiri, maddi-texniki bazasının gücləndirilməsi, ekspozisiyaların zənginləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Azərbaycanda mədəniyyət sahəsi üzrə verilən fərmanlar, qəbul olunan qanunlar, dövlət başçısının ayrı-ayrı illərdə imzaladığı sərəncamlar, Dövlət proqramları mədəniyyətin inkişafına təkan verib.
Tədbir digər natiqlərin çıxışları ilə davam etdirilib.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Siyasət
10 Avqust 11:42
Dünya
10 Avqust 11:30

