Sosial dəyişikliklər sabit və dinamik inkişaf edən cəmiyyətlərdə baş tutur
14.11.2009 [10:58]
Ali məqsədi Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və müasir beynəlxalq münasibətlər sistemində layiqli yer tutması, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, sabit və sosialyönümlü iqtisadiyyatın yaradılması, irqindən, milliyyətindən, sosial mənşəyindən, dilindən və dinindən asılı olmayaraq şəxsiyyətin hüquq və azadlıqlarının hərtərəfli və etibarlı müdafiəsinin təmin edilməsi, qanunçuluq, möhkəm əmin-amanlıq, ictimai həmrəylik və firavan həyat üzərində qurulmuş vətəndaş cəmiyyətinin formalaşdırılması və insanların müstəqil dövlətçilik ideyası ətrafında birləşdirilməsindən ibarət olan Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 17-ci ili tamam olur. Bu müddət ərzində ətrafına 500 minlik kontingent toplamağı bacaran ümummilli partiyamız faktiki olaraq qarşısına qoyduğu məqsəd və vəzifələri layiqincə yerinə yetirməyi bacarıb. Əlbəttə ki, əldə olunmuş nailiyyətlərin fundamentini xalq dəstəyinin və etimadının təşkil etməsi YAP-ın geniş fəaliyyətini daha səmərəli və uzunmüddətli edir...
Noyabr ayının 21-də 17 yaşı olacaq Yeni Azərbaycan Partiyasının Nizamnaməsində öz əksini tapmış vəzifələrdən biri də “bazar iqtisadiyyatının və azad sahibkarlığın inkişafı yolu ilə istehsalın yüksəldilməsinə, vətəndaşların rifah halının təmin olunmasına, ölkədə fəal sosial siyasətin həyata keçirilməsinə nail olmaqdır”...
Məhz, bu vəzifələrin icrası haqqında YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyevanın fikirlərini öyrəndik:
- Təkzibolunmaz faktdır ki, dövlət idarəçiliyi aparatı iflic vəziyyətə düşəndə, cəmiyyətdə hakimiyyətə qarşı inamsızlıq yarananda, xalqla iqtidar arasında birlik olmayanda o cəmiyyətdə inkişafdan, sosial ədalətdən danışmağa dəyməz. çünki sosial dəyişikliklər, daha geniş mənada sosial evolyusiya sabit və dinamik inkişaf edən cəmiyyətlərdə baş tutur...
Qeyd etdiyim bu cür xaos vəziyyəti Azərbaycanda 1991-1992-ci illərdə özünü qabarıq şəkildə göstərdi. Əlbəttə ki, postsovet məkanının bir hissəsi olaraq, Azərbaycan əhalisi sosialist cəmiyyətdə yaşamışdı və cəmi bir-iki il idi ki, o sistemdən kənar düşmüşdü. Bu baxımdan, hakimiyyətdə olanlar yenidən cəmiyyətin sosial təminatını həyata keçirəcək proqram işləyib hazırlamalı idilər. Amma şəxsi maraqlar ümummilli mənafelərdən üstün tutularaq, Dağlıq Qarabağda döyüşməli olan hərbi dəstələr Bakıda hakimiyyəti ələ keçirmək üçün döyüşə hazırlanırdı. Eyni zamanda, büdcədə qalan maliyyənin kimlərsə tərəfindən şəxsi maraqlar üçün mənimsənilməsi vəziyyəti daha da ağırlaşdırırdı. Yəni, dünyanın sürətlə dəyişdiyi, ölkələrin yeni iqtisadi və siyasi münasibətlər müstəvisinə qədəm qoyduğu, daha mükəmməl sosial sistemlərin bərqərar olduğu bir zamanda AXC-Müsavat cütlüyünün sayəsində Azərbaycan uçurum kənarına atılmışdı, ümumi inkişaf tendensiyasından qıraqda qalmışdı. Bu da, öz növbəsində, cəmiyyətin haqlı narazılıqlarına, hakimiyyətə qarşı etirazlar etməsinə gətirib çıxarmışdı...
Baxmayaraq ki, ölkə müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə idi, insanların ümidi hələ də yaşayırdı. çünki, həmin zamanlarda, ziyalılarımız ümummilli liderimiz Heydər Əliyevə müraciət ünvanlamışdı və partiya yaratmağı təklif etmişdi. Artıq 1992-ci ilin noyabr ayının 21-də Yeni Azərbaycan Partiyası yaradılarkən, bir növ cəmiyyətdə gələcəyə inam artdı, fəaliyyət sahəsində ruh yüksəkliyi yarandı...
Tez bir zamanda Yeni Azərbaycan Partiyası başda Ulu öndər Heydər Əliyev olmaqla dövlətçiliklə bağlı olan insanları ətrafında toplayaraq, Azərbaycan adlı binanı yenidən inşa etməyə başladı. İlk illərdə müəyyən çətinliklər olsa da, bu maneələr aşıldı və Azərbaycan sabit, dinamik inkişaf yoluna qədəm qoydu...
Sirr deyil ki, dövlətin sosial siyasəti, insanların rifah halının yüksəldilməsi onun iqtisadi inkişafından, nailiyyətlərindən asılıdır. Bu mənada ümummilli lider Heydər Əliyevin ortaya qoyduğu sosial-iqtisadi islahatlar siyasəti nəticəsində iqtisadi sahədə bir çox uğurlar əldə edildi. Bu, öz növbəsində, özünü sosial sferada da müsbətyönlü dəyişikliklərdə göstərdi. Beləliklə, Yeni Azərbaycan Partiyası bazar iqtisadiyyatının və azad sahibkarlığın inkişafı yolu ilə istehsalın yüksəldilməsinə, vətəndaşların rifah halının təmin olunmasına, ölkədə fəal sosial siyasətin həyata keçirilməsinə nail olmaq istiqamətində proqramlar işləyib ortaya qoydu...
Yeni Azərbaycan Partiyasının Sədri kimi Ulu öndər Heydər Əliyevin 1995-ci ildən başlatdığı özəlləşdirmə siyasəti tez bir zamanda ölkədə sahibkarlar sinfinin formalaşmasına, özəl sektorun artan templi inkişafına gətirib çıxardı...
ümummilli liderin siyasi kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyev bu strategiyanı daha da şaxələndirərək böyük nailiyyətlərin əldə olunmasına geniş imkanlar yaradıb. Dövlətimizin başçısının yürütdüyü siyasətin səmərəliliyi qlobal maliyyə və iqtisadi böhran zamanı tam üzə çıxdı. Bu qlobal proses çərçivəsində bölgədə yerləşən ölkələrdə həm iqtisadiyyat, həm milli valyuta dəyərini itirir, eyni zamanda, inflyasiya qalxır. Azərbaycanda isə, tam əksinə, iqtisadiyyat artır, inflyasiya isə çox aşağı səviyyədədir. Eyni zamanda, bu ilin doqquz ayı ərzində əhalinin pul gəlirləri 10 faiz, əhalinin banklara qoyduğu əmanət 11 faiz artıb. Bu onu göstərir ki, Azərbaycan vətəndaşları daha da yaxşı yaşayırlar. Həmçinin, diqqətə çatdırılmalıdır ki, bu gün Azərbaycanda orta əməkhaqqı 370 dollar səviyyəsindədir. Pensiyalar artır, ünvanlı sosial yardım proqramı uğurla icra edilir və bu gün 150 min ailəyə ünvanlı sosial yardım verilir. Bu proqramdan 700 min nəfər yardım alır və hər bir ailəyə verilən yardım 140 dollar səviyyəsindədir. Bununla yanaşı, bazar iqtisadiyyatı şəraitində sahibkarlığın inkişafı, yeni sənaye və digər istehsal sahələrinin yaradılması nəticəsində 2003-cü ildən bu günə qədər Azərbaycanda 824 min yeni iş yerləri açılıb...
Bir sözlə, Yeni Azərbaycan Partiyasının Sədri, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan stabil və dinamik şəkildə inkişaf edir. Bu baxımdan, artan templi iqtisadiyyata malik Azərbaycan cəmiyyətində sosial dəyişikliklər sürətlənir, insanların rifah halı yüksəlir.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

