Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / RİTN-nin 40 əməkdaşı YAP sıralarına qəbul olunub

RİTN-nin 40 əməkdaşı YAP sıralarına qəbul olunub

13.11.2009 [09:58]

Dünən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və onun idarə və müəssisələrində Yeni Azərbaycan Partiyasına (YAP) yeni üzv qəbul olunanlara üzvlük vəsiqələrinin təqdim olunması mərasimi keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata əsasən, RİTN-nin Mərkəzi Aparatında keçirilən təqdimetmə mərasimində çıxış edən YAP RİTN ilk ərazi təşkilatının sədri İlham Mərdanov 12 noyabr - Konstitusiya Gününə təsadüf etməsini əlamətdar hadisə adlandırılıb. Sonra RİTN Aparatının rəhbəri Vidadi Zeynalov partiyanın yaranmasından, onun 17 illik fəaliyyətindən söhbət açıb, partiya üzvlərini həmişə fəal olmağa, Vətəni sevməyə, ümummilli lider Heydər Əliyevin ideyalarına sadiq qalmağa, YAP Sədri, ölkə Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kursun ətrafında daha sıx birləşərək bu ideyaları daim yaşatmağa çağırıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Hərbiləşdirilmiş Mühafizə İdarəsində (HMİ) və Məlumat Hesablama Mərkəzində (MHM) partiya üzvlüyünə qəbul olunanlara üzvlük vəsiqələri təqdim olunub. Partiyaya yeni qəbul olunan üzvlərin (40 nəfər) bəziləri çıxış edərək dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasının üzvü kimi üzərlərinə düşən məsuliyyəti dərindən dərk etdiklərini, partiyanın ideologiyasının yayılması istiqamətində daha fəal olacaqlarını, onlara göstərilən yüksək etimadı öz işləri, öz bacarıqları ilə doğruldacaqlarını əminliklə bildiriblər.

Paylaş:
Baxılıb: 1316 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30