YAP Binəqədi rayon təşkilatının hesabat yığıncağı keçirilib
06.02.2019 [09:43]
Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının 2018-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncağı giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov gündəlikdə duran məsələlər barədə məlumat verib və rayon təşkilatının ötən ildəki fəaliyyətini özündə əks etdirən geniş hesabat məruzəsi ilə çıxış edib.
Bildirilib ki, rayon təşkilatı fəaliyyətini, əvvəlki illərdə olduğu kimi, hesabat ilində də Azərbaycan Respublikasının qanunvericiliyinə, partiyanın Nizamnamə və Proqramına, partiya rəhbərliyinin tapşırıq və tövsiyələrinə əsasən, uğurla icra edib. Hesabat ilində rayon təşkilatının üzvlərinin sayı 220 nəfər artaraq, 15708 nəfərə çatıb ki, bunlardan da 8436 nəfəri qadın, 4412 nəfəri isə gənclərdir.
Çıxışında həmçinin, ötən ilin 11 aprel tarixində keçirilən prezident seçkilərindən də danışan R.Göyüşov, dövlət başçısı İlham Əliyevin parlaq qələbəsini şərtləndirən səbəblərdən söz açıb, partiya üzvlərinin bu siyasi prosesdə fəal iştirak etdiyini bildirib.
Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən rayon təşkilatının Gənclər Birliyinin sədri Fəsli Nəbiyev deyib ki, ölkəmizdə gənclərə göstərilən diqqət və qayğı hər il daha da artır və konkret nəticələrlə müşahidə olunur. YAP Binəqədi rayon təşkilatının Gənclər Birliyi də gənclərin intellektual səviyyəsinin artırılması, elmə, təhsilə yiyələnmələri, peşəkar kadrlar olaraq yetişmələri, onlara vətənpərvərlik, dövlətçilik, azərbaycançılıq ideologiyasının aşılanması, milli-mənəvi dəyərlərin mənimsənilməsi, gənclərimizin dövlət və hökumət strukturlarında geniş təmsil olunmaları, ictimai-siyasi proseslərdə fəal iştirak etmələri üçün ardıcıl layihələr həyata keçirib.
Sonra çıxış edən rayon təşkilatının Qadınlar Şurasının sədri Aytac Əliyeva şura tərəfindən ötən ildə görülən işlər haqqında danışıb. Vurğulayıb ki, YAP Binəqədi rayon təşkilatının Qadınlar Şurası Azərbaycanda həyata keçirilən uğurlu qadın siyasətini əldə rəhbər tutaraq, qadınlarla işin daha yüksək səviyyədə qurulmasını və onların cəmiyyətdə fəal iştirakının təmin edilməsini qarşısında duran əsas məqsədlərdən biri hesab edir.
Yığıncaqda çıxış edən millət vəkili Kamaləddin Qafarov hesabat məruzələrində qeyd olunanları nəzərə alaraq, rayon təşkilatının 2018-ci ildə uğurla və səmərəli fəaliyyət göstərdiyini bildirib. O, YAP Binəqədi rayon təşkilatının üzvlərinin rayondakı ictimai-siyasi proseslərdə öz fəallıqları ilə fərqləndiklərini deyib.
Yığıncaqda gündəlikdə duran məsələlər səsə qoyularaq, müvafiq qərarlar qəbul edilib. YAP Binəqədi rayon təşkilatının 2018-ci ildəki fəaliyyəti qənaətbəxş hesab edilib və 2019-ci il üçün müvafiq Fəaliyyət Planı təsdiq edilib.
Sonda partiya sıralarında fəal iştirakına görə, fərqlənən bir qrup şəxs Fəxri Fərmanla təltif edilib. Partiya sıralarına yeni qəbul edilmiş gənclərə isə üzvlük vəsiqələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

