Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Nəsimi rayon təşkilatının nümayəndələri əsgərlərlə görüşüb

YAP Nəsimi rayon təşkilatının nümayəndələri əsgərlərlə görüşüb

20.10.2009 [02:36]

YAP Nəsimi rayon təşkilatının təmsilçiləri oktyabrın 17-də Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibətilə Müdafiə Nazirliyinin Ələt qəsəbəsində yerləşən hospitalında əsgərlərlə görüşüblər. Qonaqlar əvvəlcə hospitalda müalicə olunan əsgərlərin vəziyyəti ilə maraqlanıblar. Əlamətdar tarixi gün - Dövlət Müstəqilliyi günü münasibətilə əsgərləri təbrik edən YAP Nəsimi rayon təşkilatının sədri, partiyanın siyasi şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı 1918-ci ildən başlanan və 1991-ci il oktyabrın 18-də yenidən bərpa olunan müstəqillik tariximiz, 1993-cü ildə Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanın dünyanın sivil və demokratik dövlətləri sırasına qoşulması, ümummilli liderin yürütdüyü siyasət nəticəsində əldə olunan uğurlar barədə ətraflı məlumat verib. Silahlı Qüvvələrimizin bugünkü vəziyyətindən bəhs edən təşkilat sədri bildirib ki, ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu prosesi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyevin rəhbərliyi ilə uğurla və sürətlə davam etdirilir. Orduya qayğı, Silahlı Qüvvələrlə xalqın əlaqəsi daim diqqət mərkəzindədir. M.İbrahimqızı orduda islahatların aparılması və hərbi hissələrin maddi-texniki bazasının möhkəmləndirilməsinin dövlətimizin başçısının daim diqqət mərkəzində olduğunu vurğulayıb, Azərbaycan xalqının həmişə öz qəhrəman övladları ilə fəxr etdiyini söyləyib. Görüşün sonunda əsgərlərə bayram sovqatı təqdim olunub. Hospitalda müalicə olunan əsgərlər onlara göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Paylaş:
Baxılıb: 1302 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30