/ / Sumqayıtda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib
Sumqayıtda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib
09.05.2018 [16:54]
Sumqayıt şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının Gənclər Birliyi, Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib. “Azərbaycanda gənclər və elm siyasəti: ənənəviliyin və müasirliyin harmoniyası” mövzusunda keçirilən konfransın iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin Sumqayıt şəhərindəki abidəsini ziyarət ediblər, şəhərdəki Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olublar.
Tədbirdə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, YAP Sumqayıt şəhər təşkilatının İdarə Heyətinin üzvü Teymur Səmədov Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr edilən belə bir konfransın Sumqayıtda keçirilməsinə görə təşkilatçılara təşəkkürünü bildirib. Teymur Səmədov qeyd edib ki, Ümummilli liderin ölkəyə rəhbərliyi dövründə sürətlə və uğurla inkişaf edən şəhərlərdən biri də Sumqayıt olub. Sumqayıtın sosial-iqtisadi inkişafında, əhalinin yaşayışının, güzəranının yaxşılaşmasında Ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışan T.Səmədov bildirib ki, Ulu öndər Azərbaycana rəhbərliyi dövründə Sumqayıta 16 dəfə səfər edib. Sumqayıtın inkişafı və şəhər kimi formalaşması Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. İH başçısının müavini qeyd edib ki, bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən də uğurla davam və inkişaf etdirilir.
Çıxış edən AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov tarixi keçmişimizə nəzər salaraq Akademiyanın çiçəklənməsinin məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycanda hüquqi dövlətin şanlı tarixini yaradan Heydər Əliyev 70-ci ildən başlayaraq akademiyaya xüsusi diqqət və qayğı göstərməklə, Azərbaycan elminə dünya şöhrəti qazandırıb.
Tədbirdə Sumqayıt Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Günay Şükürova “Heydər Əliyev və Azərbaycanda təhsilin milliləşdirmə strategiyası”, Azərbaycan Dövlət İdarəçilik Akademiyasının doktorantı Məzahir Əfəndiyev “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzularında, eləcə də digər natiqlər məruzə ediblər.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27

