Yevlaxlılar aprelin 11-də cənab İlham Əliyevə səs verəcəklər
03.04.2018 [10:27]
Prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yevlaxda izdihamlı mitinq-görüş keçirilib
Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yevlaxda seçicilərlə görüşlər davam edir. Növbəti belə mitinq-görüş isə Yevlax şəhər mərkəzində keçirilib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyevin, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin, həmçinin YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanovun da iştirak etdiyi izdihamlı mitinq-görüşü giriş sözü ilə açan YAP Yevlax rayon təşkilatının sədri, millət vəkili İlham Məmmədov qarşıdan gələn prezident seçkiləri ilə bağlı məlumat verib.
Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev çıxışında bildirib ki, bu gün hər bir Azərbaycan vətəndaşı məmnunluq hissi ilə dərk edir ki, ölkəmizin hərtərəfli inkişafı birbaşa Prezident, YAP Sədri İlham Əliyevin adı və həyata keçirdiyi siyasətlə bağlıdır. Çünki cənab İlham Əliyevin rəhbərliyi ilə son 15 il ərzində Azərbaycan böyük və şərəfli inkişaf yolu keçib, möhtəşəm tarixi nailiyyətlər qazanıb.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə bildirib ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində görülən işlər nəticəsində Azərbaycanın hər bir rayonu, hətta kəndləri belə inkişaf etdirilib: “Əminəm ki, bu nailiyyətlərin davamlı olması üçün bütün seçicilər, o cümlədən yevlaxlılar aprelin 11-də Azərbaycan xalqının alternativsiz lideri cənab İlham Əliyevə səs verəcəklər”.
Görüşdə çıxış edən YAP Yevlax rayon təşkilatının Qadınlar Şurasının sədri Əminə Əhmədova Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün bölgələrinin yüksək səviyyədə inkişaf etdiyini bildirərək, bu inkişafdan Yevlağa da pay düşdüyünü deyib.
Çıxış edən YAP Yevlax rayon təşkilatının sədr müavini, Aparat rəhbəri Əli Quliyev isə “seçicilərlə görüşlərdə aydın olur ki, hər bir seçici partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyevin fəaliyyəti ilə bağlı kifayət qədər məlumatlıdır və aprelin 11-də Azərbaycan xalqının, o cümlədən yevlaxlıların seçimi yenə də cənab İlham Əliyev olacaq. Vətəndaşlar ölkəmizdəki inkişafın, sabitliyin davam etməsi üçün yenə də cənab İlham Əliyevə səs verəcəklər”, - deyib.
Mitinq-görüş respublikamızın incəsənət xadimlərinin konsert proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

