YAP Qazax rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir
03.04.2018 [10:25]
Aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Partiyamızın namizədi cənab İlham Əliyevin təşviqat kampaniyası çərçivəsində növbəti görüş rayon Mədəniyyət Mərkəzində keçirilib.
Görüşdə çıxış edən YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov öncə qarşıdan gələn prezident seçkiləri ilə bağlı məlumat verib. YAP rayon təşkilatının sədri seçiciləri aprelin 11-də seçki məntəqələrinə gedib ölkəmizin gələcək inkişafına - YAP-ın namizədi cənab İlham Əliyevə səs verməyə çağırıb.
Çıxış edən “Odlar Yurdu” Universitetinin rektoru, millət vəkili Əhməd Vəliyev bildirib ki, Prezident İlham Əliyev hər zaman regionların sosial-iqtisadi inkişafını Öz diqqətində saxlayıb. Ə.Vəliyev seçicilərimizin bu seçkilərdə də yekdilliklə Prezident İlham Əliyevə səs verəcəklərinə inandığını diqqətə çatdırıb.
Çıxış edən Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Firdovsi Umudov bildirib ki, Azərbaycanda idmanın maddi-texniki bazası sürətlə genişlənir. Hazırda respublikamızın bütün bölgələrində dünya standartlarına cavab verən Olimpiya idman kompleksləri tikilib istifadəyə verilib. Məhz Prezident İlham Əliyevin şəxsi səyi sayəsində bölgələrdə gənclərin sağlam şəkildə yetişdirilməsi, ölkəmizin genefondunun - gənclərimizin sağlam ruhda böyüməsi üçün əsaslı addımlar atılır.
Qeyd edək ki, təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Daş Salahlı, Xanlıqlar, Yuxarı Salahlı, Kosalar, Çaylı, Aslanbəyli, Qaymaqlı, Kəmərli kəndlərində də seçicilərlə görüşlər keçirilib. Görüşlərdə YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov, Milli Məclisin deputatı Kamran Nəbizadə, Güləş Federasiyasının I vitse-prezidenti Firdovsi Umudov iştirak ediblər. Görüşlərdə çıxış edən millət vəkili Kamran Nəbizadə bildirib ki, Azərbaycanın bugünkü dinamik inkişafı ölkəmizin yaxın gələcəkdə bütün sahələrdə dünyanın qabaqcıl ölkələrindən birinə çevriləcəyini deməyə əsas verir: “Vətəndaşlarımız müsbət dəyişikliklərin, inkişafın, sabitliyin növbəti 7 ildə də davam etməsi üçün aprelin 11-də seçki məntəqələrinə getməli və sözügedən inkişafın ölkəmizdə bərqərar olmasına şərait yaradan cənab İlham Əliyevə səs verməlidirlər”.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11

