YAP Binəqədi rayon təşkilatının yaradılmasının 25-ci ildönümü münasibətilə tədbir keçirilib
10.03.2018 [00:59]
Martın 7-də Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının yaradılmasının 25-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları öncə YAP Binəqədi rayon təşkilatının inzibati binasının qarşısında Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Daha sonra tədbirdə YAP Binəqədi rayon təşkilatının yaradılmasından ötən 25 il ərzindəki fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bildirib ki, Yeni Azərbaycan Partiyasının yaradılmasından sonra ilk yaradılan rayon təşkilatlarından biri də məhz Binəqədi rayon təşkilatıdır. Sıralarında 15 mindən çox üzvü birləşdirən rayon təşkilatı 1993-cü ilin 7 mart tarixində təsis edilib. Çıxışında bu ilin 11 aprel tarixində keçiriləcək prezident seçkilərinə də toxunan Ramiz Göyüşov seçkilərə hazırlıq mərhələsində görülən işlər barədə ətraflı məlumat verib.
Tədbirdə çıxış edən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov partiyanın yaradılmasının tarixi zərurət olduğunu bildirərək diqqəti o zamankı siyasi vəziyyətə yönəldib. Komitə sədri 1990-cı illərin əvvəllərində ölkəni idarə edən şəxslərin yarıtmaz fəaliyyətinin xalqın səbir kasasının daşmasına səbəb olduğunu, xalqımızın Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsini tələb etdiyini, Ümummilli liderimizin 1993-cü ildə Azərbaycanı xilas etməsinin ölkəmizin tarixində mühüm bir hadisə olduğunu bildirib. Millət vəkili həmçinin Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafı üçün misilsiz xidmətlər göstərdiyini və bu siyasətin bu gün də uğurla davam etdirildiyini diqqətə çatdırıb. Eldar İbrahimov, eyni zamanda, YAP Binəqədi rayon təşkilatının fəaliyyətinə toxunaraq təqdir edib.
YAP Gənclər Birliyinin sədr müavini, YAP Binəqədi rayon təşkilatı Qadınlar Şurasının sədri Aytac Əliyeva tədbirdə çıxış edərək partiyanın qadınların inkişafı, cəmiyyətdəki yeri və rolunun artırılması istiqamətindəki səylərindən danışıb.
Millət vəkili Kəmaləddin Qafarov da YAP-ın Azərbaycanın həyatında mühüm rol oynadığını qeyd edib.
Tədbirdə çıxış edən Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan inkişaf strategiyasının hazırda uğurla davam etdirildiyini bildirib. Xaləddin İsgəndərov ölkədə həyata keçirilən işlərdə YAP üzvlərinin yaxından iştirak etdiyini, bu məsələdə YAP Binəqədi rayon təşkilatının da fəallıq göstərdiyini deyib.
Tədbirin sonunda YAP sıralarına yeni üzv qəbul edilən bir qrup gəncə partiya üzvlük vəsiqələri təqdim edilib. Eyni zamanda, YAP Binəqədi rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə və rayon təşkilatının yaradılmasının 25 illik yubileyi münasibətilə bir qrup partiya fəalı təltif olunub.
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33

