Yeni Azərbaycan Partiyası ötən müddət ərzində zəngin və şərəfli inkişaf yolu keçib
25.01.2018 [10:13]
YAP Şərur rayon təşkilatının yaranmasının 25-ci ildönümü münasibətilə tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Şərur rayon təşkilatının yaranmasının 25-ci ildönümü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Şərur rayon təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev qeyd edib ki, öz fəaliyyətini Ümummilli liderimiz Heydər Əliyevin ideyaları əsasında uğurla davam etdirən Yeni Azərbaycan Partiyası ötən müddət ərzində zəngin və şərəfli inkişaf yolu keçib. Onun sözlərinə görə, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi YAP xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib.
1993-cü il yanvarın 23-də yaradılan YAP Şərur rayon təşkilatının öz fəaliyyətini uğurla davam etdirdiyini deyən Əmir Babayev əlavə edib ki, rayon təşkilatı sıralarında 10 min 424 nəfər partiya üzvünü birləşdirir. Üzvlərin 31 faizini (3 min 238 nəfər) gənclər, 29,5 faizini (3 min 81 nəfər) qadınlar təşkil edir. Ötən il YAP Şərur rayon təşkilatının sıralarına 121 nəfər qəbul olunub ki, bunların da 63 nəfərini qadınlar, 112 nəfəri gənclər təşkil edir.
YAP Naxçıvan Muxtar Respublika təşkilatının İcra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov isə diqqətə çatdırıb ki, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Ulu öndər Heydər Əliyev tərəfindən yaradılan Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə müstəqillik tariximizə adını ümumxalq partiyası kimi yazdırıb. Ümummilli lider Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyətinin Azərbaycanda milli həmrəylik və bütövlüyü, ictimai-siyasi sabitliyi, sürətli inkişafı təmin etdiyini deyən Anar İbrahimov əlavə edib ki, bu gün cəmiyyətimizin bütün təbəqələrindən olan insanlar Yeni Azərbaycan Partiyasına üz tuturlar: “Yeni Azərbaycan Partiyasının fəaliyyətinin uğurlu nəticələrini göstərən faktlardan biri də budur ki, partiyamız 1993-cü ildən etibarən keçirilən bütün seçkilərdə qələbə qazanıb”.
Daha sonra çıxış edən Şərur rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov YAP-ın yaranma tarixi, partiyanın əldə etdiyi nailiyyətlər və ölkənin ictimai-siyasi həyatındakı rolundan bəhs edib. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası çətin tarixi dövrdə yaranıb və partiyanın yaranması ictimai-siyasi zərurətdən doğub. YAP-ın Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf etdiyini deyən Kamal Cəfərov qeyd edib ki, Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində ölkəmizin inkişafı təmin edilib və Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə alternativsiz siyasi qüvvə kimi qəbul edilir.
Tədbirdə çıxış edən İbadulla kənd tam orta məktəbinin müəllimi Ülkər Məmmədova və YAP Şərur rayon təşkilatı Gənclər Birliyinin sədri Mirkərim Seyidov YAP-ın keçdiyi zəngin və şərəfli inkişaf yolundan bəhs ediblər.
Sonda YAP sıralarına qoşulmuş bir qrup gəncə partiyanın üzvlük vəsiqələri təqdim olunub.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

