Yeni Azərbaycan Partiyası fəaliyyəti boyu Heydər Əliyev ideyalarına sadiq qalıb
28.12.2017 [09:31]
YAP Naxçıvan Şəhər Təşkilatının şura iclası keçirilib
Bu il 25-ci yubiley ildönümü yüksək səviyyədə qeyd edilən Yeni Azərbaycan Partiyası (YAP) bütün fəaliyyəti boyu özünün qurucusu, Ümummilli lider Heydər Əliyevin müstəqil dövlətçilik ideyalarına sadiq qalıb, bu ideyaların həyata keçirilməsini başlıca amalı hesab edib.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının şura iclasında təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli tərəfindən səsləndirilib.
İclasda 2017-ci ilin ötən dövründə görülmüş işlər və qarşıda duran vəzifələr barədə məruzə edən Elman Cəfərli bildirib ki, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Ulu öndər Heydər Əliyev tərəfindən yaradılan Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə müstəqillik tariximizə adını ümumxalq partiyası kimi yazdırıb. Ötən illər ərzində yenidən qurulan Naxçıvan şəhərinin qədim milli və mənəvi dəyərlərlə səciyyələnən, həm də müasir inkişaf nümunəsi olan simasının yürüdülən quruculuq prosesinin ən gözəl nümunələrindən biri kimi hamılıqla qəbul olunması hər birimizdə qürur hissi doğurur. Muxtar respublika paytaxtının 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi Naxçıvanın beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi nüfuzunu daha da artırır.
Qeyd edilib ki, partiyanın Naxçıvan Şəhər Təşkilatı öz fəaliyyətini Yeni Azərbaycan Partiyasının 2013-cü ilin iyununda keçirilən V qurultayı, partiyanın Naxçıvan Muxtar Respublika Təşkilatının 2014-cü ilin noyabrında keçirilən V konfransı və Muxtar Respublika Təşkilatı Siyasi Şurasının 2017-ci il martın 16-da keçirilən iclasında qarşıya qoyulan vəzifələrin ardıcıl icrası istiqamətində qurub, ölkəmizin, doğma diyarımızın və Yeni Azərbaycan Partiyasının ümumi inkişaf tempinə uyğun fəaliyyət göstərib. 2017-ci il üçün iş planında nəzərdə tutulan tədbirlərin vaxtlı-vaxtında və yüksək səviyyədə həyata keçirilməsi, ilk təşkilatlarla işin gücləndirilməsi, siyasi-ideoloji işdə və partiyaya yeni üzvlərin cəlb edilməsi məsələsində keyfiyyət amili təşkilat üçün prioritet təşkil edib.
Ötən müddətdə təşkilatda 11 İdarə Heyəti, 4 şura yığıncağı, əlamətdar və tarixi hadisələrlə bağlı 6 elmi-praktik konfrans, 3 kütləvi tədbir, 1 “dəyirmi masa” keçirilib. 2017-ci ildə partiyaya 1176 nəfər üzv qəbul olunub ki, bunların da 674 nəfərini qadınlar, 1152 nəfərini 18-35 yaşlı gənclər təşkil edir. Nəticədə, bu il Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı üzvlərinin sayı 17 min 92 nəfərə çatıb. Bunlardan 8 min 938 nəfəri qadınlar, 10 min 73 nəfəri 18-35 yaşlı gənclərdir. Üzvlərdən 2 nəfəri Azərbaycan Respublikası Milli Məclisinin, 20 nəfəri isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarıdır. Həmçinin təşkilatda 2 nəfər akademik, 7 nəfər AMEA-nın müxbir üzvü, 27 nəfər elmlər doktoru, 162 nəfər fəlsəfə doktoru təmsil olunur.
Sonra məruzə ətrafında çıxışlar olub. Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Qadınlar Şurasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Aidə Allahverdiyeva, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyinin sədri Cəbi Quliyev, şura üzvləri, Heydər Əliyev adına tam orta məktəb ərazi ilk təşkilatının sədri Könül Mirzəyeva, Universitet şəhərciyi ərazi ilk təşkilatının sədri Asəf Əliyev çıxış ediblər.
İclasda Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı, şura üzvü Vüqar Səfərov çıxış edərək, şəhərdə həyata keçirilən quruculuq tədbirləri haqqında ətraflı məlumat verib.
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov çıxışında qarşıda duran vəzifələrdən danışıb.
Sonda Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının 2017-ci ildəki fəaliyyətinin qənaətbəxş qiymətləndirilməsi haqqında qərar qəbul edilib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17

