/ / Daşkəsəndə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi münasibətilə “Hərəyə bir ağac əkək” kampaniyasına start verilib
Daşkəsəndə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi münasibətilə “Hərəyə bir ağac əkək” kampaniyasına start verilib
24.11.2017 [10:03]
Noyabrın 21-də Azərbaycanın ictimai-siyasi həyatında xüsusi çəkiyə malik, möhtəşəm uğurlarımızda müqayisəsiz və əvəzsiz xidmətləri olan Yeni Azərbaycan Partiyasının yaranmasının 25 ili tamam olub. Partiyanın 25 illik yubileyi ilə əlaqədar müxtəlif tədbirlər keçirilib.
YAP-ın yaranmasının 25 illik yubileyi ilə əlaqədar daha bir möhtəşəm tədbir olan “Hərəyə bir ağac əkək” kampaniyasına start verilib. Qeyd edək ki, kampaniyanın ilk günündə yüzlərlə YAP-çının iştirakı ilə təxminən 10 min ağac əkilib.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə layihələndirilən “Hərəyə bir ağac əkək” kampaniyası Azərbaycanın hər bir bölgəsini əhatə etməklə, bütün yaşıllaşdırma mövsümü ərzində, yəni gələn ilin aprel ayına qədər davam edəcək. 700 mindən artıq ağac və bəzək bitkisinin əkilməsini nəzərdə tutan bu möhtəşəm kampaniyanın əsas vəzifəsi ölkədə meşəlik zolağının və yaşıllığın daha da genişləndirilməsi, ekoloji durumun daha da yaxşılaşdırılması məqsədinə xidmət etməklə, eyni zamanda insanların səfərbər edilməsi və həmrəyliyinin yüksəldilməsinə töhfə vermiş olacaq.
Bu kampaniya çərçivəsində növbəti möhtəşəm tədbir noyabrın 23-də Daşkəsən rayonunda həyata keçirilib. Həyata keçirilən yaşıllaşdırma kampaniyasında YAP Daşkəsən rayon təşkilatının idarə heyəti və şurasının üzvləri, Qadınlar Şurasının və Gənclər Birliyinin üzvləri, elecə də partiyanın çağırışına qoşulan idarə və müəssisələrin əməkdaşları yaxından iştirak ediblər.
Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev və rayonun digər məsul vəzifəli şəxslərinin də yaxından iştirak etdiyi yaşıllaşdırma kampaniyası çərçivəsində Daşkəsən şəhərinin küçə və parklarında 500 -dən artıq ağac və bəzək bitkisi əkilmişdir.
Aksiya ilə bağlı rayon təşkilatının sədri Meydanəli Yolçuyev bildirib ki, bu tədbir gələn ilin may ayına qədər davam edəcək və kampaniya çərçivəsində bir neçə min ağac və bəzək bitkisi əkiləcəkdir.
Xəbər lenti
Hamısına baxAnalitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17

