/ / YAP Binəqədi rayon təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib
YAP Binəqədi rayon təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib
21.11.2017 [09:54]
Noyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib.
Tədbiri giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov qonaqları salamlayaraq qeyd edib ki, 25 il bundan öncə Yeni Azərbaycan Partiyasının təsis edildiyi bu günlərdə Azərbaycan dərin ictimai-siyasi böhran məngənəsində çabalayırdı. Bir tərəfdən ölkədə hakimiyyəti zəbt edən antimilli, bacarıqsız, lakin özündən müştəbeh rəhbərlərin səriştəsizliyi, bir tərəfdən ölkənin şimalında və cənubunda baş verən separatçılıq meyilləri, bir tərəfdən ölkəmizdə baş verən vətəndaş müharibəsi, cəbhə xəttindəki uğursuz əməliyyatlar torpaqlarımızın işğalına səbəb olmuş Azərbaycanın son dərəcə kövrək olan müstəqilliyini təhlükə altına salmışdı. Ölkədə xaos hökm sürürdü, əhali arasında sabaha ümidsizlik və ruh düşkünlüyü yaranmışdı. Belə bir zamanda ölkə əhalisinin əksər hissəsinin son ümidi o zaman Naxçıvanda yaşayan Heydər Əliyevə idi. Hər zaman olduğu kimi, bu dəfə də Ulu öndər dövlətin ağır günündə xalqın təkidli çağırışlarına biganə qalmadı. Bax o zaman Ulu öndər ölkə ziyalılarının çağırışına səs verdi və Yeni Azərbaycan Partiyası yarandı. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyev, ilk növbədə, ölkədə hökm sürən xaos və anarxiyanın qarşısını aldı, vətəndaş qarşıdurmasını aradan qaldırdı. Ramiz Göyüşov tarixi hadisələr barədə geniş arayış verərək bu gün ölkəmizin sürətlə inkişaf etdiyini və dünyanın böyük nüfuz, söz sahibi olduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Milli Məclisin komitə sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov, ekologiya və təbii sərvətlər nazirinin müavini, YAP Siyasi Şurasının üzvü Firdovsi Əliyev, Milli Məclisin deputatı Kamaləddin Qafarov, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov qeyd ediblər ki, Yeni Azərbaycan Partiyasının yaradılması tariximizdə dərin izlər qoyub, çünki bu partiyanın yaradılması və uğurlu siyasi fəaliyyət göstərməsi ilə ölkəmiz xaos və hərc-mərclikdən xilas oldu, vətəndaş müharibəsinin qarşısı alındı, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə qarşı-qarşıya qalan Azərbaycan xilas olundu, ölkəmizə demokratik ənənələr gətirildi. Bir sözlə, bu partiyanın yaradılması ilə ölkəmiz tənəzzüldən azad olaraq tərəqqi yoluna qədəm qoydu. Dövlət idarəçiliyində milli maraqlarımız ön plana keçdi. Bu gün də dövlətimizin keşiyində duran YAP-ın müstəqil Azərbaycanın siyasi tarixində misilsiz rolu var.
Tədbir çıxışlardan sonra Yeni Azərbaycan Partiyasının yaranmasına, Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinə, eləcə də YAP Binəqədi rayon təşkilatı tərəfindən görülən işlərə həsr olunmuş videoçarxın nümayiş etdirilməsi ilə davam etdirilib.
Daha sonra tədbirdə Binəqədi rayonunun tam orta ümumtəhsil məktəblərinin şagirdləri arasında YAP-ın yaradılmasının 25 illiyi ilə əlaqədar keçirilən “25 il Azərbaycan naminə” adlı intellektual yarışda qalib gələrək I, II və III yerlərə layiq görülmüş məktəblərin komanda kapitanları təltif ediliblər. Yeni Azərbaycan Partiyası sıralarına yeni üzv qəbul edilən bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilib. Yeni Azərbaycan Partiyasının 25 illiyi münasibətilə YAP Binəqədi rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı fəxri fərmanla təltif edilib.
Tədbir rəsmi hissəsi bitdikdən sonra bədii hissə ilə davam etdirilib. Bədii hissədə YAP-a, Ümummilli lider Heydər Əliyevə və vətənpərvərliyə həsr olunmuş mahnılar, şeirlər səsləndirilib, rəqslər ifa edilib. Bədii hissəyə Xalq artisti Mübariz Tağıyevin ifaları ilə yekun vurulub.
Xəbər lenti
Hamısına baxDünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32

