YAP-ın 25 illik yubileyi Ağcabədidə böyük təntənə ilə qeyd edilib
15.11.2017 [10:14]
Yeni Azərbaycan Partiyasının (YAP) 25 illik yubileyi Ağcabədi rayonunda böyük təntənə ilə qeyd edilib. Tədbir iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyaraq, Onun əziz xatirəsini yad ediblər.
Sonra “Qızıl Saray” şadlıq evində davam edən tədbirdə Azərbaycanın dövlət himni səslənib və YAP-ın 25 illik yubileyi münasibətilə hazırlanmış videofilm nümayiş etdirilib.
Tədbirdə çıxış edən YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov partiyanın 25 illik fəaliyyətinin zəfərlərlə zəngin olduğunu bildirib. Çıxışında ölkəmizdə həyatın bütün sahələrində qazanılmış uğurlarda Yeni Azərbaycan Partiyasının rolunu yüksək qiymətləndirən natiq YAP-ın Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi düzgün, məqsədyönlü siyasət nəticəsində Azərbaycanın Cənubi Qafqazda lider dövlətə çevrildiyini diqqətə çatdırıb.
O qeyd edib ki, YAP yarandığı vaxtdan siyasi cəhətdən gündən-günə güclənən rayon təşkilatlarından biri də Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatıdır: “Rayon təşkilatı 1995-ci ilin yanvar ayının 15-də yaradılaraq 267 nəfər YAP üzvü ilə I Konfransını keçirib. Hazırda partiyanın rayon təşkilatı 94 ilk təşkilatda 14006 nəfər partiya üzvünü özündə birləşdirir. Onlardan 5695 (40,6%) nəfəri gənclər, 6527 nəfəri (46,6%) isə qadınlardır”.
Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Şahin Məmmədov çıxış edərək bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev dərin düşünülmüş siyasəti, qətiyyəti və müdrik qərarları sayəsində Azərbaycanı düşdüyü böhranlı vəziyyətdən çıxara bilib, qısa müddətdə böyük uğurların qazanılmasında müstəsna xidmətlər göstərib, xalqın etimadını layiqincə doğruldub. Məhz bütün bunların nəticəsidir ki, Ulu öndərin yaratdığı və hazırda Prezident İlham Əliyevin Sədri olduğu YAP ümumxalq partiyası kimi Azərbaycan tarixinə düşüb.
Çıxış edən Milli Məclisin deputatı Tahir Rzayev tədbir iştirakçılarını təbrik edib, siyasi fəaliyyətlərində onlara uğurlar arzulayıb.
Sonra Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi münasibətilə keçirilən müsabiqə və yarış qaliblərinə fəxri fərmanlar və hədiyyələr, partiya işində səmərəli fəaliyyətinə görə fərqlənən YAP fəallarına fəxri fərmanlar, YAP sıralarına daxil olan bir qrup gəncə isə üzvlük vəsiqələri təqdim edilib.
Tədbir Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən hazırlanmış bədii proqramla davam edib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

