Azərbaycanın dövlətçilik tarixində mühüm əhəmiyyəti olan partiya
14.11.2017 [10:23]
Noyabrın 13-də Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurasının təşəbbüsü ilə partiyanın 25 illik yubileyinə həsr olunmuş “Azərbaycanın dövlətçilik tarixində mühüm əhəmiyyəti olan partiya” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, YAP Yasamal rayon təşkilatının qərargahında keçirilən tədbirin iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
Dövlət himninin səsləndirilməsindən sonra YAP-ın 25 illik fəaliyyətinə həsr edilən film nümayiş olunub.
YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva tədbirdə çıxış edərək bildirib ki, bu günlər xalqımız partiyamızın yaradılmasının 25-ci ildönümünü böyük təntənə ilə qeyd edir. Bunun çox böyük mənası var. 1992-ci il tariximiz üçün, xalqımız üçün sınaq dövrü idi. Çünki Azərbaycan parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. İnsanlar həmin dövrdəki rəhbərliyin qurtuluş yolu tapacağına inanmırdılar. Ona görə də ölkədə təbəddülatlar, hərc-mərclik baş alıb gedirdi. Məhz belə bir dövrdə insanların mənəvi gücünü səfərbər etmək üçün Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasını yaratdı. Ulu öndər əmin idi ki, bu partiyanın sıralarına məhz ölkənin ən kamil, vətənpərvər, ziyalı insanları daxil olacaq.
Nurlana Əliyeva qeyd edib ki, Ümummilli lider Heydər Əliyev qadınların cəmiyyətdəki nüfuzuna, onların mənəvi potensialına, dərin müşahidəsi və həyati biliyinə bələd idi. Odur ki, bu zərif, həm də çox güclü zümrənin dövlətçiliyimizin və müstəqilliyimizin çətin yollarında böyük dayaq olacağına inanırdı. Bu inam ilə 1995-ci ildə YAP Qadınlar Şurası yaradıldı.
“Bir zamanlar YAP ümid partiyası idi, indi isə inam partiyasıdır”, - deyən N.Əliyeva bildirib ki, Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, müstəqilliyi qazanmaq asandır, onu qoruyub saxlamaq isə daha çətindir. Müstəqilliyimizin qorunub saxlanılmasında Yeni Azərbaycan Partiyasının rolu böyükdür. Bu gün Azərbaycan dünyada böyük nüfuz qazanan bir ölkəyə çevrilib.
N.Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti, YAP Sədrinin müavini Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinin hər bir qadın üçün örnək olduğunu deyib. O, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin Azərbaycan qadınları tərəfindən birmənalı şəkildə dəstəkləndiyini vurğulayıb.
Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova partiyanın 25 illik yubileyi münasibətilə təbriklərini çatdırıb. Ölkəmizin hər yerində bu münasibətlə tədbirlərin keçirildiyini deyən Bahar Muradova partiyanın yubileyini ümumxalq bayramı kimi səciyyələndirib.
Milli Məclis sədrinin müavini YAP-ın Azərbaycanın siyasi həyatındakı əhəmiyyətli yerindən və rolundan bəhs edib. O, partiyanın yaranması və uğurlu siyasi fəaliyyəti ilə Azərbaycanın düşdüyü çətin vəziyyətdən xilas edildiyini, xalqımızın nicat yoluna çıxdığını vurğulayıb. Bildirib ki, müxalifət partiyası kimi yaranan YAP-ın qısa müddətdə iqtidara gəlməsi Azərbaycan xalqının Ümummilli liderimiz Heydər Əliyevə böyük inamından qaynaqlanırdı.
YAP İdarə Heyətinin üzvü ölkəmizin qazandığı nailiyyətlərdən danışaraq bunun təməlində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin durduğunu söyləyib. O, xalqımızı, o cümlədən Azərbaycan qadınlarını Heydər Əliyev ideyaları ətrafında sıx birləşməyə çağırıb.
Bahar Muradova bildirib ki, Azərbaycan uzun illər yaşadıqca məfkurə daşıyıcısı olan Yeni Azərbaycan Partiyası və onun qazandığı nailiyyətlər haqqında dönə-dönə danışacağıq. Bu haqqı YAP öz fəaliyyəti, xalq qarşısında üzərinə götürdüyü öhdəliklər, Ümummilli liderimizin yaratdığı siyasi məktəbin ideya istiqamətlərinə sadiqliyi ilə qazanıb. Buna görə də xalqın partiyamıza olan inamı, etimadı ildən-ilə artır. Bu gün biz Ulu öndər Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad edirik. Biz Ümummilli liderimizin fəaliyyəti, fədakarlığı və qəhrəmanlığı nəticəsində Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olacağına inandıq və bunu real həyatda gördük. Bahar Muradova bildirib ki, 700 mindən çox üzvü olan YAP Heydər Əliyev ideyalarının gələcək nəsillərə çatdırılması naminə əzmlə mübarizə aparır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hicran Hüseynova bildirib ki, YAP-ın yaradılması xalqımızın siyasi həyatında ən mühüm hadisədir. Tarix baxımından 25 il qısa bir zaman kəsiyi olsa da, bu partiyanın gördüyü işlər və dünyada qazandığı nüfuz çox böyük əhəmiyyətə malikdir. Biz hamımız bu partiyanın üzvü olmaqdan fəxr edirik. XX əsrin 90-cı illərinin əvvəlində yaradılan YAP Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə qısa müddət ərzində xalqın böyük nüfuzunu qazandı.
Hicran Hüseynova Azərbaycan qadınının fəaliyyətinin partiyaya uğurlar gətirdiyini qeyd edərək deyib ki, YAP bu baxımdan da digər partiyalara örnəkdir. Hazırda Azərbaycanın ictimai həyatının bütün sahələrində qadınların sayı və rolu getdikcə artır. Bu, Azərbaycan Prezidentinin qadınlara yüksək qayğısının və etimadının daha bir göstəricisidir.
Ölkənin bütün sahələrində qadınların böyük rolu olduğunu deyən H.Hüseynova Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkəmiz və xalqımızın gələcəyi üçün var qüvvəsi ilə çalışdığını, bütün sahələrdə böyük işlər gördüyünü bildirib. Mehriban Əliyevanın ədalət, humanizm, xeyriyyəçilik və digər bəşəri prinsiplərə söykənən, sərhəd tanımayan çoxşaxəli fəaliyyəti nəinki Azərbaycan, hətta dünya qadınları üçün örnəkdir. Bu gün hər bir Azərbaycan vətəndaşı, o cümlədən qadınlarımız ölkəmizə Ulu öndər Heydər Əliyevin uğurlu davamçısı Prezident İlham Əliyevin rəhbərlik etməsindən qürur duyur. Prezidentimizin reallaşdırdığı böyük siyasətin nəticəsində Azərbaycan uğurlu inkişaf yolunda inamla irəliləyir.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, YAP Siyasi Şurasının üzvü Gülçöhrə Məmmədova tədbirdə çıxış edərək partiyanın keçdiyi inkişaf yolundan, qazandığı nailiyyətlərdən və qadınların ictimai-siyasi proseslərdə fəal iştirakından bəhs edib. Gülçöhrə Məmmədova bildirib ki, YAP-ın tarixi ölkəmizin tarixindən ayrılmazdır. Ölkəmizin keçdiyi bütün tarixi mərhələlərdə partiyamız uğurla fəaliyyət göstərib, daim cəmiyyətin ön cərgələrində olub və bütün sahələrdə böyük layihələrə imza atıb. Ölkəmizin inkişafı üçün partiyamız böyük işlər görüb. Bu gün Azərbaycan bütün sınaqlardan üzüağ çıxaraq, iqtisadi çətinlikləri dəf edərək gələcəyə doğru böyük inamla addımlayır. Bu inkişafın əsasında Ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin uğurla davam etdirdiyi siyasət dayanır. Biz bu gün bu siyasətin uğurlarını görürük. Bu işıqlı və şərəfli yolda partiyamızın ən aparıcı qüvvəsi qadınlardır. Bundan başqa, YAP bəlkə də yeganə ictimai-siyasi məktəbdir ki, burada gənclər gələcək ictimai-siyasi həyata hazırlanır. Bu istiqamətdə partiyamızın Qadınlar Şurası, Gənclər Birliyi çox uğurla fəaliyyət göstərirlər.
Tədbirdə Xalq artisti Məleykə Əsədova Ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirib.
Sonda YAP Qadınlar Şurasının fəaliyyətində fərqlənən bir qrup qadına fəxri fərmanlar təqdim olunub.
Xəbər lenti
Hamısına baxSiyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59

