YAP-ın yaranmasının 25-ci ildönümü münasibəti ilə Ağcabədidə silsilə tədbirlər davam edir
11.11.2017 [01:50]
Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25-ci ildönümü münasibəti ilə YAP Ağcabədi rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında tədbirlər davam edir. Bu silsilədən növbəti tədbir Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında keçirilib.
Öncə Ulu öndər Heydər Əliyevin və dünyasını dəyişən YAP üzvlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə filialın direktoru Mətanət Fərzəliyeva açaraq partiyanın 25 illik fəaliyyətinin zəfərlərlə zəngin olduğunu bildirib.
Sonra ictimai, təbiət fənləri və onların tədrisi metodikası kaferdasının dosenti Məhəmməd Hüseynov “Heydər Əliyev Yeni Azərbaycan Partiyasının qurucusudur” mövzusunda, ADPU ərazi ilk təşkilatının sədri Anar Kərimli isə “YAP-ın gənclər siyasəti” mövzusunda məruzə edərək ölkəmizdə həyatın bütün sahələrində qazanılmış uğurlarda Yeni Azərbaycan Partiyasının rolunu yüksək qiymətləndirib, YAP-ın Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi düzgün, məqsədyönlü siyasət nəticəsində Azərbaycanın Cənubi Qafqazda lider dövlətə çevrildiyini diqqətə çatdırıblar.
Tədbirdə çıxış edən YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov partiyanın yaranması, inkişafı, həmçinin ölkənin ictimai-siyasi həyatında oynadığı rol barədə ətraflı məlumat verib. Natiq bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev dərin düşünülmüş siyasəti, qətiyyəti və müdrik qərarları sayəsində Azərbaycanı düşdüyü böhranlı vəziyyətdən çıxara bilib, qısa müddətdə böyük uğurların qazanılmasında müstəsna xidmətlər göstərib, xalqın etimadını layiqincə doğruldub. Məhz bütün bunların nəticəsidir ki, Ulu öndərin yaratdığı və hazırda Prezident İlham Əliyevin Sədri olduğu YAP ümumxalq partiyası kimi Azərbaycan tarixinə düşüb.
Daha bir tədbir isə Ağcabədi rayon Mərkəzi Xəstəxanasında keçirilib. Tədbiri giriş sözü ilə açan Mərkəzi xəstəxana ərazi ilk təşkilatının sədri Azad Hüseynov partiyanın ötən 25 ildə şərəfli bir yol keçdiyini deyib.
Tədbirdə həmçinin YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, Ağcabədi rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rəhbər Əzizov, YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Qafarova, Heydər Əliyev Mərkəzinin direktoru, YAP Ağcabədi rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Məhsəti Ağayeva və başqaları çıxış edərək YAP-ın ölkəmizdə həyata keçirilən bütün işlərdə ön sıralarda getdiyini bildiriblər.
Sonda YAP sıralarına daxil olan bir qrup gəncə vəsiqələr təqdim edilib, YAP-ın yaradılmasının 25 illiyinə həsr edilmiş videofilm nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxİdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
İqtisadiyyat
04 İyul 10:31
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50

