/ / YAP Nərimanov rayon təşkilatının Qadınlar Şurası partiyanın yaranmasının 25-ci ildönümü münasibətilə tədbir keçirib
YAP Nərimanov rayon təşkilatının Qadınlar Şurası partiyanın yaranmasının 25-ci ildönümü münasibətilə tədbir keçirib
04.11.2017 [01:09]
Dünən Nərimanov rayon İcra Hakimiyyətinin akt zalında Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25-ci ildönümü münasibətilə partiyanın Nərimanov rayon təşkilatının Qadınlar Şurası tədbir keçirib. Əvvəlcə, iştirakçılar rayon İcra Hakimiyyətinin inzibati binasında Ulu öndər Heydər Əliyevin büstünün önünə çiçək dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova deyib ki, partiyamız ötən 25 ildə şərəfli bir yol keçib: “YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafında xidmətləri danılmazdır və partiyamızın bu istiqamətdə gördüyü böyük işlər hər bir vətəndaşımız tərəfindən yüksək qiymətləndirilir. Buna görədir ki, partiyamızın, o cümlədən YAP-ın Nərimanov rayon təşkilatının sıraları günbəgün genişlənir”.
YAP-ın sıralarında qadınların kifayət qədər fəal təmsil olunduqlarını deyən M.İbrahimova əlavə edib ki, Ulu öndər Heydər Əliyev hər zaman qadınlarımıza xüsusi diqqət və qayğı ilə yanaşıb: “Ulu öndərin müəyyənləşdirdiyi siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Eyni zamanda, qeyd etməyi özümə borc bilirəm ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti istər YAP-ın üzvü olan qadınlar, istərsə də ümumilikdə Azərbaycan qadınları üçün bir nümunə təşkil edir”.
YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev çıxışında bildirib ki, YAP-ın qurucusu, Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda - son dərəcə mürəkkəb, ağır bir dövrdə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürməsəydi, bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycandan danışmaq mümkün olmazdı: “Olduqca çətin bir şəraitdə yaranmış bu partiyanın çox qısa müddətdə əsl siyasi qüvvə kimi formalaşması, minlərlə əqidəli insanın onun sıralarında birləşməsi bu gün bir daha Heydər Əliyev fenomeninin, dühasının qüdrətindən xəbər verir”.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirib ki, məhz Ulu öndər Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi, zəngin dövlətçilik təcrübəsi nəticəsində Azərbaycan dövlətçiliyi məhvolma təhlükəsindən xilas olub: “Ulu öndərin titanik fəaliyyəti nəticəsində ölkə daxilində ayrı-ayrı siyasi qüvvələrə tabe olan hərbi birləşmələr ləğv edildi, vətəndaş müharibəsi və separatçılığın qarşısı alındı. Bu gün müstəqil Azərbaycan Respublikası, möhkəm özülə söykənən dövlətçiliyimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu gələcəyə doğru addımlayır”.
YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü Zərifə Quliyeva deyib ki, YAP zamanın tələbi ilə yaranıb: “Bu gün Ulu öndərin siyasi kursunun YAP Sədri, cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində Azərbaycan yeni-yeni uğurlar əldə edir”.
Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı bildirib ki, YAP zamanın tələbi ilə yaranıb: “Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyevin rəhbərliyi ilə yaranan YAP qısa müddət sonra iqtidar partiyasına çevrildi. 1993-cü ildə Azərbaycan Prezidenti seçilən Ulu öndər Heydər Əliyev dövlətçilik təcrübəsindən istifadə edərək, ölkədə ictimai-siyasi sabitliyi təmin etdi, vətəndaş müharibəsinin qarşısını aldı və müstəqil Azərbaycanın tərəqqisinin əsasını qoydu. Bu gün Ulu öndərin siyasi kursunun YAP Sədri, cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində Azərbaycan yeni-yeni uğurlar əldə edir”.
Millət vəkili Jalə Əliyeva deyib ki, bu gün ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dinamik inkişaf edir.
YAP Qadınlar Şurasının sədr müavini, millət vəkili Sevinc Hüseynova Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkədə bütün sahələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib: “Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranmış YAP-ın ötən 25 il ərzində dövlətçiliyimizin möhkəmlənməsində, Azərbaycan cəmiyyətinin inkişafında və yeniləşməsində müstəsna xidmətləri olub”.
Qeyd edək ki, tədbirdə YAP-ın yaranmasının 25-ci ildönümünə həsr olunmuş film nümayiş etdirilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30

