Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının IX konfransı keçirilib
03.11.2017 [10:04]
Noyabrın 2-də Yeni Azərbaycan Partiyası (YAP) Salyan rayon təşkilatının IX konfransı keçirilib.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Konfransda YAP Siyasi Şurasının üzvlərindən Milli Məclisin komitə sədri Hadi Rəcəbli və Milli Məclisin deputatı Mirkazım Kazımov, rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Milli Məclisin deputatı Əliağa Hüseynov iştirak ediblər.
Konfrans Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, daha sonra Yeni Azərbaycan Partiyasının yaranması və onun 25 illik uğurlu fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib.
Konfransda YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov çıxış edərək partiyanın 25 illik şərəfli tarixindən danışıb, rayon təşkilatının fəaliyyəti haqqında geniş hesabat verib. Natiq bildirib ki, YAP Salyan rayon təşkilatı rayonda keçirilən bütün ictimai-siyasi tədbirlərdə yaxından iştirak edib.
Sonra məruzə ətrafında çıxış edənlər müstəqil Azərbaycanın inkişafında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu və xidmətləri olduğunu bildirib, partiyanın rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb, Rəşad Cəbrayılov yenidən yekdilliklə YAP Salyan rayon təşkilatının sədri seçilib. Sonra 51 nəfərdən ibarət Şura, 17 nəfərdən ibarət İdarə Heyəti, 7 nəfər tərkibdə Nəzarət-Təftiş Qrupu seçilib.
Konfransın yekununda Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi münasibətilə rayonun ictimai-siyasi həyatında fərqlənənlərə YAP Salyan rayon təşkilatı tərəfindən fəxri fərmanlar, qiymətli hədiyyələr və partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

