YAP Sumqayıt şəhər təşkilatında tədbir keçirilib
17.08.2017 [10:23]
Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatında məktəbəqədər tərbiyə müəssisələri ilk partiya təşkilatlarının qadınlar şuralarının sədrlərinin, eləcə də partiya şəhər təşkilatının fəallarının iştirakı ilə yığıncaq keçirilib.
Yığıncağı giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatı sədrinin müavini Səkinə Sadıqova ölkəmizdə həyata keçirilən qadın siyasətindən, qadınların ictimai-siyasi həyatdakı fəallığının artırılmasından söz açıb. Ulu öndər Heydər Əliyevin memarı olduğu müasir, müstəqil Azərbaycan dövlətinin hər zaman ailə, uşaq və qadın problemlərini diqqət mərkəzində saxladığını vurğulayan S.Sadıqova qeyd edib ki, bu gün ölkəmizdə vətəndaş cəmiyyətinin yüksək inkişafını təmin edən siyasi kurs Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
Daha sonra çıxış edən YAP Sumqayıt şəhər təşkilatı Qadınlar Şurasının sədri Nazilə Cəlilova YAP Sumqayıt şəhər təşkilatı Qadınlar Şurasının fəaliyyətindən bəhs açıb. Vurğulanıb ki, Ulu öndər Heydər Əliyev Azərbaycan qadınına hər zaman xüsusi qayğı göstərərək onun cəmiyyətdəki roluna yüksək qiymət verib. N.Cəlilova onu da deyib ki, qadınlarımız Azərbaycanın problemlərini dünya ictimaiyyətinə çatdırmaqla, onun maraqlarını, mənafeyini müdafiə etməklə beynəlxalq qurumlarda mərdlik, cəsarət, diplomatik bacarıq nümayiş etdirirlər. Çıxışında ölkəmizin birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti barədə də danışan YAP Sumqayıt şəhər təşkilatı Qadınlar Şurasının sədri ölkəmizdə qadınlara göstərilən diqqət və qayğıya görə öz təşəkkürünü bildirib, qadınlara qarşıda duran vəzifələrin həyata keçirilməsində uğurlar arzulayıb.
Tədbirdə çıxış edən digər natiqlər son illərdə Sumqayıt şəhərində aparılan böyük quruculuq-abadlıq işlərindən, insanların asudə vaxtlarını səmərəli keçirmələri üçün yaradılmış dənizkənarı bulvarın, park və meydanların qorunub saxlanmasında ictimaiyyətin rolunun artırılmasından danışıblar.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxMüsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25

