YAP Masallı rayon təşkilatının IX konfransı keçirilib
09.06.2017 [11:30]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının IX konfransı keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər gül dəstələri düzüblər. Sonra konfrans öz işini N.Gəncəvi adına Masallı şəhər Mədəniyyət evində davam etdirib. Konfransda YAP-ın Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Hadı Rəcəbli, Milli Məclis aparatının şöbə müdiri İbrahim Yusifzadə, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov iştirak ediblər.
YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, müstəqil Azərbaycan Respublikasının banisi, Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kursun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyət və sədaqətlə davam etdirilməsi nəticəsində ölkəmiz ildən-ilə qüdrətlənir və inkişaf edir. Bu tərəqqini hər bir Azərbaycan vətəndaşı rifah halının yüksəlməsi, özünün sosial vəziyyətinin yaxşılaşması şəklində görür, yaşayır və hiss edir. Eyni zamanda, bütün regionlarımızda genişmiqyaslı abadlıq və quruculuq işlərinin aparılması, illərlə yığılıb qalmış problemlərin həll edilməsi, kəndlərimizin, şəhərlərimizin yenidən qurulması ölkəmizin sürətli inkişafına əyani sübutdur. Bu gün qətiyyətlə deyə bilərik ki, Azərbaycan regionun lider dövlətinə çevrilməklə bərabər, həm də beynəlxalq aləmdə güclü dövlət və etibarlı tərəfdaş kimi tanınmışdır.
Natiq daha sonra qeyd edib ki, YAP Masallı rayon təşkilatı ötən illər ərzində işini günün tələbləri səviyyəsində quraraq yüksək nəticələr əldə edib, ərazi ilk partiya təşkilatlarının sayını 90-dan 105-ə çatdırıb və partiya üzvlərinin sayı 7634 nəfərdən 11083 nəfərədək artıb. Rayon təşkilatının qeydiyyatında olan partiya üzvlərindən 29,1%-ni (3221nəfər) qadınlar, 28,2%-ni ( 3126 nəfər) isə gənclər təşkil edir. Ötən dövr ərzində partiya sıralarına 3449 nəfər daxil olub ki, onların da 37,8%-ni (1268 nəfər) qadınlar, 47%-ni (1579 nəfər) isə gənclər təşkil edir. Konfransda daha sonra Nəzarət-Təftiş Qrupunun hesabatı dinlənilib.
Tədbirdə Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək YAP-ın yaranma tarixi, o dövrdə baş verən proseslər haqqında geniş məlumat verib. O qeyd edib ki, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası ilk gündən ölkəmizin müstəqilliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişaf etdirilməsi, demokratik təsisatların bərqərar olmasında siyasi flaqman rolunu öhdəsinə götürüb. “YAP Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvə olaraq xalqımızın ali mənafeyini özünün fəaliyyəti boyu dolğun ifadə etməkdədir”, - deyən R.Hüseynov bildirib ki, ölkəmizdə 700 min üzvü olan partiyamızla rəqabət apara biləcək siyasi qüvvə yoxdur.
YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Hadı Rəcəbli, Milli Məclis Aparatının şöbə müdiri İbrahim Yusifzadə, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək partiyamızın ölkənin ictimai-siyasi həyatındakı rolu, keçdiyi inkişaf yolu, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlarda iştirakı barədə geniş söz açıblar. Konfransda daha sonra təşkilati məsələlər müzakirə edilib. Seyfəddin Əliyev yenidən YAP Masallı rayon təşkilatının sədri seçilib. Konfransda yeni tərkibdə rayon təşkilatının Şurası, İdarə Heyəti, eləcə də Nəzarət-Təftiş Qrupu seçilib.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35

