Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının I konfransı keçirilib
06.05.2017 [12:22]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının I konfransı keçirilib. Əvvəlcə təsis konfransından ötən müddət ərzində görülmüş işlərə dair hesabat əsasında hazırlanmış videoçarx nümayiş etdirilib.
Sonra YAP Pirallahı rayon təşkilatının sədri Manaf Manafov çıxış edərək bildirib ki, rayon təşkilatı 17 iyul 2013-cü il tarixində Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin böyük iclas zalında baş tutmuş təsis konfransında yaranıb: “O zaman rayon təşkilatının sıralarında 3162 nəfər üzv vardı. Ötən dörd il ərzində rayon təşkilatının sıraları kəmiyyət və keyfiyyət baxımından sürətlə genişlənmişdir. Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı çoxsaylı müraciətləri nəzərə alaraq, keyfiyyət prinsipinə üstünlük verməklə, hesabat dövrü ərzində 1671 nəfər rayon sakinini partiya sıralarına qəbul edib, beləliklə üzvlərimizin sayı 35 faiz artaraq 4833 nəfərə çatıb. Sevindirici haldır ki, təşkilatın üzvlərinin üçdə birindən artığını gənclər təşkil edir. Bu gün onların sayı 1669 nəfərdir. Cəmiyyətdə aktivliyi ilə seçilən qadınlarımızın da sayında ciddi artım olub və bu gün qadın partiyaçıların sayı 1322 nəfərdir”.
Konfransda Pirallahı Su-Kanal İdarəsinin rəisi Əli Kərimov, 186 №-li tam orta məktəbin direktoru Arif Xankişiyev, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova, “Abşeronneft” NQÇİ ərazi ilk partiya təşkilatının sədri Şamil Kazımov və başqaları çıxış edərək ötən müddət ərzində rayon təşkilatının gördüyü işləri yüksək qiymətləndiriblər.
YAP Siyasi Şurasının üzvü Elmar Qasımov konfransda çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası siyasi təşkilat kimi, Azərbaycan xalqının sosial sifarişindən meydana çıxan bir partiyadır: “YAP Azərbaycan tarixində Heydər Əliyev dühasının imzasıdır. Partiyamız qısa müddətdə Azərbaycan siyasi sisteminin ən güclü siyasi təşkilatına çevrildi. YAP Azərbaycanın ən böyük siyasi təşkilatı olmaqla bərabər, həm də öz xalqına ən yaxın siyasi təşkilatdır. İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP bundan sonra da Azərbaycan xalqı qarşısında xidmətlərini davam etdirəcək və həmişə Azərbaycan xalqının partiyası olaraq qalacaq”.
Milli Məclisin deputatı Rauf Əliyev bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb. YAP ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır.
Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov konfransda çıxış edərək YAP-ın yaranma tarixindən, partiyanın əldə etdiyi nailiyyətlərdən və ölkənin ictimai-siyasi həyatındakı rolundan bəhs edib. V.İmanov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının Pirallahı rayon təşkilatı son dörd ildə Ümummilli lider Heydər Əliyevin ideyalarına daim yüksək sədaqət nümayiş etdirib və öz lideri, partiyamızın Sədri, Azərbaycan Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifə və tapşırıqları yüksək məsuliyyətlə həyata keçirməyə çalışıb.
Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hikmət Şikarov YAP Pirallahı rayon təşkilatının sədri, Qoçalı Mahmudov, Əli Kərimov, Baxarəddin Rəsulov və Bəxtiyar Balakişiyev sədrin müavinləri seçiliblər. Həmçinin 35 nəfərdən ibarət Şura, 15 nəfərdən ibarət İdarə Heyəti və 5 nəfərlik nəzarət-təftiş qrupunun üzvləri müəyyənləşdirilib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

