YAP Xaçmaz rayon təşkilatının VIII konfransı keçirilib
20.04.2017 [09:16]
Aprelin 19-da Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatının VIII konfransı keçirilib. Konfransda YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev hesabat məruzəsi ilə çıxış edib. O, qeyd edib ki, rayon təşkilatı 124 ərazi ilk partiya təşkilatında 9018 nəfəri öz ətrafında birləşdirir. Üzvlərin 50 faizə yaxını qadınlar, 45 faizi isə gənclərdir.
Hesabat məruzəsindən sonra Nəzarət-Təftiş qrupunun məlumatı dinlənilib.
Konfransda çıxış edən təşkilat nümayəndələri YAP Xaçmaz rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətini qənaətbəxş hesab etdiklərini bildiriblər.
Sonra Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, BDU-nun rektoru Abel Məhərrəmov, Milli Məclisin üzvləri - İlham Əliyev və Eldəniz Səlimov, həmçinin Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Ulu öndərimiz Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası bu gün ölkəmizin ictimai-siyasi həyatının aparıcı qüvvəsinə çevrilərək regionun ən iri və ən güclü siyasi partiyalarından biridir. Heydər Əliyev ideyalarını özünün ideoloji və siyasi mübarizəsinin əsas məqsədi kimi mənimsəyən YAP ötən 25 ilə yaxın zaman müddətində bir çox uğurlara imza atıb. Hazırda sıralarında 700000-ə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyasına Ulu öndərimizin siyasi varisi, cənab Prezident İlham Əliyevin rəhbərlik etməsi, Onun titanik fəaliyyəti partiyamızın inkişafının və qazandığı uğurların əsasını təşkil edir.
Çıxışlarda xüsusi olaraq vurğulanıb ki, 2016-cı il istər rayon təşkilatının üzvləri, istərsə də bütövlükdə Xaçmaz sakinləri üçün yaddaqalan bir hadisə ilə tarixə qovuşub. Belə ki, ötən il sentyabrın 8-də partiyamızın Sədri, Prezident İlham Əliyevin rayona 7-ci səfəri bütün xaçmazlılar tərəfindən böyük sevinc hissi ilə qarşılanıb. Səfər çərçivəsində dövlət başçısı Bayraq meydanında və Bayraq muzeyində yaradılan şəraitlə tanış olub, xalqımızın Ümummilli lideri Heydər Əliyev adına Mərkəzin yeni binasının açılışında iştirak edib, Nikah evinin, Xudat-Yalama-Zuxuloba avtomobil yolunun, Yalama Aqroparkının açılışını reallaşdırıb. Aqroparkla tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən dövlət başçısı regionlarda sahibkarlığın inkişafı nəticəsində yeni iş yerlərinin açılmasını, infrastruktur layihələrinin həyata keçirilməsini, məhsul bolluğunun yaradılmasını bundan sonra da dövlətin diqqət mərkəzində saxlayacağını qeyd edib. Cənab Prezident Xaçmazın böyük turizm və kənd təsərrüfatı potensialının olduğunu vurğulayaraq gələcəkdə bu sahələrin daha da inkişaf etdiriləcəyini deyib. Həmçinin Xaçmazda görülən abadlıq və quruculuq işlərini yüksək qiymətləndirən ölkə başçısı gələcəkdə də rayonda yeni infrastruktur layihələrinin gerçəkləşdiriləcəyini, yeni-yeni açılışların həyata keçiriləcəyini qeyd edib.
Natiqlər onu da bildiriblər ki, Azərbaycan dünyada qadın hüquqlarını tanıyan ilk dövlətlərdən biri, qədim Şərqdə qadınlara seçki hüququ verən birinci dövlət olub. Qadına yüksək hörmət və ehtiram xalqımızın ən nəcib və ən ali xüsusiyyətlərindən biridir. Azərbaycan qadını həmişə öz yüksək əxlaqi keyfiyyətləri ilə seçilib, mənəvi dəyərlərilə cəmiyyətdəki rolunu möhkəmləndirib. Partiyamızın V qurultayında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyasının Sədr müavini seçilməsi qadınların cəmiyyətdəki rolunu təsdiqləməklə yanaşı, partiyamızın fəaliyyətinə bir dinamizm qatmışdır. Eyni zamanda, 2017-ci ilin əvvəllərində möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən Mehriban xanımın Birinci vitse-prezident təyin edilməsi xalqımızın sosial sifarişi, Mehriban xanıma xalqın sevgisinin və məhəbbətinin təsdiqi olmaqla yanaşı, eyni zamanda, onun xalqımızın sosial rifahının qoruyucusu, mədəniyyətimizin hamisi kimi ölkəmizin nüfuzunun dünya miqyasında tanıdılması sahəsindəki çoxşaxəli fəaliyyətinin yüksək qiymətləndirilməsi deməkdir.
Konfransda daha sonra təşkilati məsələlərə baxılıb, YAP Xaçmaz rayon təşkilatının 45 nəfərdən ibarət Şurası, 17 nəfərdən ibarət İdarə Heyəti və 7 nəfərdən ibarət Nəzarət-Təftiş qrupu seçilib. Nazim Ağayev yenidən YAP Xaçmaz rayon təşkilatının sədri seçilib.
Sonda YAP Xaçmaz rayon təşkilatının VIII konfransı iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevə müraciət qəbul olunub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

