YAP Samux rayon təşkilatının VII konfransı keçirilib
19.04.2017 [09:58]
Aprelin 18-də Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının VII hesabat-seçki konfransı keçirilib. Tədbir iştirakçıları öncə rayonun mərkəzində Ulu öndər Heydər Əliyevin abidəsinin önünə əklil və gül dəstələri qoyublar.
Konfransı giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov hesabat məruzəsi ilə çıxış edərək VI konfransdan ötən dövr ərzində görülən işlərdən və əldə edilən nailiyyətlərdən danışıb. Təşkilat sədri diqqətə çatdırıb ki, YAP Samux rayon təşkilatının 5328 nəfər üzvü 82 ilk partiya təşkilatında birləşib. Vurğulanıb ki, VI konfransdan keçən müddət ərzində 1692 nəfər YAP sıralarına qəbul edilib.
YAP-ın yaranma tarixi, partiyanın əldə etdiyi nailiyyətlər və ölkənin ictimai-siyasi həyatındakı rolundan bəhs edən G.Bayramov bildirib ki, Yeni Azərbaycan Partiyası çətin tarixi dövrdə yaranıb. Onun sözlərinə görə, partiyanın yaranması ictimai-siyasi zərurətdən doğub: “Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Yeni Azərbaycan Partiyası Azərbaycanı mürəkkəb vəziyyətdən xilas etdi, ölkəmiz müstəqilliyini itirmək təhlükəsindən xilas olub inkişaf yoluna qədəm qoydu. Bu gün Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti ölkəmizin inkişafını təmin edib”.
Sonra YAP Samux rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Şakir Məmmədovun məruzəsi dinlənilib. Məruzə ətrafında çıxış edənlər - Qarayeri 1 saylı məktəb-liseyin müəllimi Kəmalə Mustafayeva, Sərkar kənd tam orta məktəbin müəllimi Aynur Qəhrəmanova, Samux rayon Gənclər və İdman İdarəsinin rəisi Rəşad Qarayev və digərləri rayon təşkilatının VII konfransa qədərki fəaliyyətini qənaətbəxş hesab etdiklərini diqqətə çatdırıblar.
Milli Məclisin sədr müavini Valeh Ələsgərov çıxış edərək Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən uğurlu siyasi kursun dayanıqlı inkişafı təmin etdiyini, Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmləndiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycan beynəlxalq miqyasda ictimai-siyasi sabitliyin təmin olunduğu demokratik ölkə kimi tanınır.
Tədbirdə çıxış edən Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, Milli Məclisin deputatı Naqif Həmzəyev, ekologiya və təbii sərvətlər nazirinin müavini, YAP Siyasi Şurasının üzvü Firdovsi Əliyev, partiyanın Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev partiyanın yarandığı tarixi şəraitdən, keçdiyi şərəfli yoldan, partiyanın yaradıcısı Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından və YAP-ın cəmiyyətdə aparıcı rolundan, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılmış uğurlardan bəhs ediblər.
Sonra konfransın qətnaməsi qəbul edilib. Konfransda həmçinin təşkilati məsələlərə baxılıb, YAP Samux rayon təşkilatının 31 nəfərdən ibarət Şurası və 5 nəfərdən ibarət Nəzarət-Təftiş Qrupu seçilib, Gündüz Bayramov yenidən rayon təşkilatının sədri seçilib. Tədbirin sonunda YAP sıralarına yeni qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

